Əsas məzmuna keç

Qoşma

Gələr

Zəlimxan Yaqub

1

Bir dünya sevginin ilki, mayası, Bir sağlam toxumdan, bir dəndən gələr. Arının vətəni güldü, çiçəkdi, Bülbülün cəhcəhi çəməndən gələr.

Sevgi gah istidi, gah da ki, sərin, Kimiyə dayazdı, kimiyə dərin. Eşqin dastanına çevrilənlərin, Sorağı Bağdaddan, Yəməndən gələr.

Ürək yarpaq kimi asılar dardan, Düşərsən uzağa anadan, yardan. Bəd xəbər həmişə qürbət diyardan, Şad xəbər həmişə Vətəndən gələr.

2011, 13 may Almaniya, Hannover

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.