Əsas məzmuna keç

Heca şeiri

Gələcəyəm yanına

Zəlimxan Yaqub

1

Mən bir dəli dağ çayı, sən bir sahilsiz dəniz, Gecə-gündüz qoynuna axacağam mən sənin. Açan arzularımı, gümüşü sularımı, Muncuq kimi boynuna taxacağam mən sənin.

Mən bir ərköyün aşıq, axıb dolmusan qana, Buludum, yağışımsan, səninlə gəldim cana. Gözlərimi heç zaman çəkmərəm səndən yana, Gözlərinə ürəklə baxacağam mən sənin.

Çay dənizə bağlıdır, dəniz çaya, yer göyə, Kainat nizamdadır bu bağlılıq var deyə. Gələcəyəm yanına daşlara dəyə-dəyə Həmişə əllərini sıxacağam mən sənin.

2010, 20 mart

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.