Əsas məzmuna keç

Gəraylı

Gələcəyəm

Zəlimxan Yaqub

2

Gələcəyəm, gözlə məni, harda olsam gələcəyəm, Qohum kimi, qonşu kimi, qardaş kimi gözlə məni.

Bir-bir yada salacağam, nələr olub, nələr keçib, Ömür kimi, tarix kimi, yaddaş kimi gözlə məni.

Sən özünü məndən ayrı nə yetim bil, nə arxasız, Arxa kimi, dayaq kimi sirdaş kimi gözlə məni.

Həyatına gələmməsəm ölümünə gələcəyəm, Məzarının başındakı bir daş kimi gözlə məni.

2007, 9 sentyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.