Gələcək
Oğul oğuldursa, uzaqda durmaz, Düşəndə yadına layla, gələcək. Ana, əsirgəmə muştuluğunu, Hamıya muştuluq payla, gələcək.
Oxun nişan gəzir, sən yayını tap, Xoşbəxtlik hardadı, sarayını tap. Halal süd əmmişin bir tayını tap, Yaxşını yaxşıyla tayla, gələcək.
Payızsan, ömrünə yaz axtarırsan, Nazlana-nazlana naz axtarırsan. Gəlin gətirməyə qız axtarırsan, Hay vur, gözəlləri hayla, gələcək.
2005, 18 iyul Kislovodsk