Əsas məzmuna keç

Qoşma

Gələ

Zəlimxan Yaqub

2

Bir qaydadı, qış dalınca yaz gələr, Vay o gündən, qış dalında qış gələ. Bir sevincin ləzzətini dadmamış, Ömrün, günün min əzaba tuş gələ.

Addım-addım səni çəkə şər sola, Təmiz itə, təzə bata, tər sola. Vay o gündən, avand işin tərs ola, Gözlərindən qan qarışıq yaş gələ.

Xoş olmazmı göyərəsən, bitəsən, Hər arzuya, hər mətləbə yetəsən. Vay o gündən, tapılmamış itəsən, Dərdin arta, birin üstə beş gələ!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.