Gəldim
Dünya mənim idi, mən olmamışdan. Bilirəm dünyaya mən nəyə gəldim. Yazıldı alnıma sözün qisməti, Sözümü zamana deməyə gəldim.
Yamac buz olanda, yal buz olanda, Yer üzü başabaş sal buz olanda, Allah tək olanda, yalqız olanda, Tanrıya yardıma, köməyə gəldim.
2000, 29 sentyabr