Gəldi ol Isa kim, ondandır həyati-əhli-hal
Gəldi ol İsa kim, ondandır həyati-əhli-hal, Yoxdur onsuz xəlq cismində həyatə ehtimal.
Gəldi ol Xizri-mübarəkpey kim, onsuz bidəlil Müztərib qalmışdı əhli-fəzlü ərbabi-kəmal.
Gəldi ol Mehdi ki, salmışdı zəmani-qeybəti Iqdi-nəzmi-kişvəri-islamə bimi-inhilal.
Gəldi ol Asəf ki, qondurmuşdu cündi-şövkəti Daməni-mülki-Süleymanə qübari-ixtilal.
Sərfərazü rastəhdü nikrə’yü xubruy Sərvəri-pakizə ətvarü pəsəndidə xisal.
Cövhəri-qabil Əyasi-aqibət Məhmud kim, Xəlqə göstərmiş onu Iyzəd fələkdən bir misal.
Mərhəba, ey rövnəqəfzayi-səriri-izzü cah, Mərhəba, ey ziybbəxşi-məsnədi-cahü cəlal!
Sərvəra, həqqa ki xurşidi-cəmalindən cüda, Əxtəri-iqbalinə yetmişdi Bağdadın zəval.
Olmuş ikən əşk seylabiylə ə’ma, şükr kim, Buldu çeşmi-mülk xaki-məqdəmindən iktihal.
Qalmamışdı feyz, guya kim sənə imdad üçün, Övliya qılmışdı Bürci-Övliyadən irtihal.
Ey xoş ol kim, xirməni-ə’dayi bərbad etməyə, Canibi-dəryayə qıldın seyr manəndi-şimal.
Xəsm mülkinə xüraman eylədin xəzra ələm, Şərri-şeytan dəf’inə açdın mələkvəş pərrü bal.
Girdin ol iqlimə kim, bəhr ilə bərrində onun Yox sənə bir munisü qəmxar qeyri-Zülcəlal.
Qılmadın əmvaci-dəryayi-ədavətdən həzər, Çəkmədin əhvali-asari-həvadisdən məlal.
Kəsdin əvvəl fitnə başın intizami-mülk içün, Ibtidayi-kari-xeyr etdin, mübarək oldu fal.
Fəth qıldın ol yeri kim, dövri-Adəmdən bəri Qılmamışdı sahibindən qeyrə hərgiz intiqal.
Aldın ol iqlimi kim, aləmdə yüz min padişah Həsrətiylə verdi can, fəthin bilüb əmri-məhal.
Açdın ol mülki ki, yüz min səltənət lafın uran Oldu əcz ilə onun də’vayi-təsxirində lal.
Şahidi-Bəsrə pərişanhal ikən verdin ona Xəttü xali-ləşkəri-islamdən ziybi-cəmal.
Minbərin zikri-hümayun ilə etdin sərbülənd K’ol məqami heyfdir qılmaq ərazil payimal.
Sikkəsinə padişah ismiylə verdin ziybü fər, Heyfdir kim, ola ol rə’na siyəhru layəzal.
Kəsdin ol iqlimdən əhli-Firəngin rəğbətin, Aça bilməz oldu küffar ol yana çeşmi-xəyal.
Xəlqə e’lan etməgə dini-Məhəmməd taətin, Eylədin ol Məscidi-Əqsayə tə’yini-Bilal.
Sərhədi-Hindistan açdın, sənə yüz afərin! Rum rüxsarına xeyli ziynət artırdı bu xal.
Gər sənə düşmən müqabil durmadiysə, vəchi var, Oldürür xəffaşü sənsən afitabi-bizəval.
Fəth yüz vermiş sənə hər qanda kim əzm eyləsən, Hiç kəsdən surətə gəlməz xilafi-imtisal.
Ləşkərin əzm etsə bir saətdə eylər tarimar, Hər nə tədbirü təəssül qılsa xəsmin mahü sal.
Seyr qılsan himmətin sərfinə doymaz* bir nəzər, Qılsa ə’da cümlə ömrün sərfi-zəbti-mülki mal.
Ərseyi-cəngü cidalin qətldən xali qalıb, Müttəsil rə’yinlə tiğindir qılan cəngü cidal.
Tiğin isitər rəzm edə, qanlar tökə, başlar kəsə, Rə’yin etməz düşmənin fəthini möhtaci-qital.
Böylə ki, tövfiqi-Həq nüsrət nəsib etmiş sənə, Intisabi-rif’ətü iqbalə düşmüşdür məcal.
Dut cahan mə’murəsin sərəskəri-islam olub Növcəvanlar zuri-bazusuna doymaz pirə zal.
Cövhəri-zatində çün namusi-nəzmi-mülkdür, Lütfi şahənşahi-islamın sənə olsun həlal.
Oldu rövşən kim, sənə ağazi-rif’ətdir bu fəth, Pərtövi-xurşiddən bədr olacaqdır bu hilal.
Var ümidim kim, müxaliflər arasında müdam, Asiman qıldıqca niyrani-ədavət işti’al,
Müttəsil fəth ola ruzi canibi-Həqdən sənə, Fezyi-mədhinlə Füzuli xəstəyə hüsni-məqal.
* * *
Lüğət: Əhli – raz – sirr əhli, sirdaş; Kişvər – ölkə, məmləkət; Bimi – duzəx nari-qəm salmış dilisuzanimə – cəhənnəm qorxusu yanar könlümə qəm odu salmışdır; Damən – ətək; Qübar – toz, kədər; Sərvər – başçı; Pəsəndidə – bəyənilmiş; Qabil – qabiliyyətli, ağıllı; Rövnəqəfzayi – səriri-izzü-cah – hörmət və cahü cəlal taxtının rövnəqini artıran; Səriri – abi-rəvan – axar suyun səsi, şırıltısı; Cah – mənsəb, hörmət; Ziybbəxşi – məsnədi-cahü-cəlal – cahü cəlal təxtinə ziynət bəxş edən; Məsnəd – məqam, müqəyyəd, dərəcə; Əxtəri – bəxtim oldu tirə – bəxt ulduzum qaraldı (söndü); Əşk – göz yaşı; Xaki – tirə – qara torpaq; Manənd – oxşar, oxşatmaq; Xəsm – düşmən; Xəzra – yaşıl; Bal – qanad; Bəhr – dəniz; əruz vəznində şeir ölçüsü; Əmvac – ləpələr, dalğalar; Dəryayi – təhəyyür – heyrət dənizi; Həvadis – hadisələr; Hərgiz – heç zaman, əsla; İntiqal – bir yerdən başqa yerə keçmək; Can – ruh, bədən; Əcz – acizlik; Şahid – gözəl; şəhadət verən; Xali – boş; Hümayun – uğurlu, mübarək; Sərbülənd – başı uca; Siyəhru – üzü qara; Layəzal – zail olmayan, həmişəlik; Allah; Xeyl – dəstə, tayfa; Vəch – üz; məbləğ; Xəffaş – yarasa; Afitabi – sübhi-məşhər – qiyamət səhərinin günəşi; Qanda – harada; Xilafi – müddəa – istəyin əksi; Sal – il; Cəng – döyüş, müharibə; Cidal – döyüşmək, vuruşmaq, mübahisə; Rəzm – müharibə, dava; Rövşən – işıqlı, aydın; Ağaz – başlamaq, başlanğıc; Pərtövi – xurşiddən bədr olacaqdır bu hilal – bu yeni Ay Günəş işığından bədrlənəcəkdir; Bədr – on dörd gecəlik ay. Məhəmmədin müharibələrindən birinin adı; Hilal – yeni çıxmış ay; Ruzi – həşr – məhşər günü; Hüsni – göftar – söz gözəlliyi X; Məqal – söz, kəlam