Əsas məzmuna keç

Qoşma

Gəldi

Məxdumqulu Fəraqi

1

Doğru məğrib tərəfdən Ol mehribanım gəldi. Yüz işveyi-naz ilən Canım, cananım gəldi.

Mən yarın sərnəgünü, Baxmaz, yumar gözünü, Tökər ciyərdən xunu, Şahi-sultanım gəldi.

Aləmə şahi-pərvər, Oldu ümmətə sərvər, Cahan oldu münəvvər, Dürri-qəltanım gəldi.

Qaməti sərvi, tuba, Qəddi, özü müntəha, Vəchi-ruyi «vüz-züha», Sərvi-rəvanım gəldi.

Niqabın üzə salan, Üz göstərib, can alan, Bunca alışıb yanan, Ahi-fəğanım gəldi.

Məlik fərmana baxan, Sidrəti səhra çıxan Ah çəksə, ərşi yaxan, Sahibgiranım gəldi.

Məxdumqulu binəva, Gözləməz səndən səva, Ümmət deyib daima, Həzrət işanım gəldi.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.