Gəldi
Bayram gəlin, Xanmənli qız, Canəsən, Bu dərdlərin2 bəs hansına yanasan, Çərxi-fələk, hər gün çəpə dönəsən, Qəlbimın dünyasi virana gəldi.
Üçünün iqbalın batırdın laya, Ömrümü qəm ilən ötürdün zaya, Şamü səhər mən əl açdım xudaya, Asman ahım görüb, giryana gəldi.
Məxdumqulu, əlif belim buruldu, Damarım dartıldı, qanım duruldu, Ölüm zərbi üç tərəfdən vuruldu, Ağılım dağılıb, heyrana gəldi.