Əsas məzmuna keç

Varsağı

Gəl, könül, incimə bizdən

Şah İsmayıl Xətai

1

Gəl, könül, incimə bizdən, Qalsın könül, yol qalmasın. Əvvəl-axır yol qədimdir, Qalsın könül, yol qalmasın.

Ərənlər bizə busudur, Yalan söyləyən asıdır, Bu, gerçəklər nəfəsidir, Qalsın könül, yol qalmasın.

Baxçada açılan güldür, Mə’nayi söyləyən dildir, Pəs əzəldən qədim yoldur, Qalsın könül, yol qalmasın.

Başındadır altun tacı, Budur ərənlər me’racı, Kəskindir yolun qılıcı, Qalsın könül, yol qalmasın.

Ey divanə, ey divanə, Aşiq olan qıyar canə, Xətayi der Taclı xanə: – Qalsın könül, yol qalmasın.

Lüğət: Busudur – pusquda yatır

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.