Əsas məzmuna keç

Tuyuğ

Gəl ki, müştaq olmuşam didarına

İmadəddin Nəsimi

1

Gəl ki, müştaq olmuşam didarına, Vermişəm can zülfi-ənbərbarına, Məhrəm etdin çün məni əsrarına, Ey pəri, gəl çək məni bir darına.

Ey saçın vəlleyl, üzün vəzzüha, Surətin şə’nində gəldi qül kəfa. Ey saçından çün əyan oldu mana, Sirri-ərrəhman ələl-ərş-istiva.

Ey üzündən zahir əsmayi-xuda, Şöylə ki, Qur’anda dedi külləha. Adəmi bil, andadır əsrarha, Can ilə başın yolunda qıl fəda.

Eşq ilə gəldi cəmiyi-ənbiya, Eşqdir seyrü süluki-övliya. Eşq ilə yola girərlər biriya, Eşq ilə vasil olurlar Tanrıya.

Ey üzün min-indəhü elmül-kitab, Qül kəfa gəldi camalından xitab. Surətin həqdir, götür həqdən niqab, Həq budur, vəllahu-ə’ləm-bissəvab.

Ey camalından münəvvər afitab, Düşdü hüsnün pərtövündən aya tab. Kirpiyin, zülfün, qaşın ümmül-kitab, Oldu üzündən əyan yövmül-hesab.

Ey saçın dövründə məstur afitab, Vey üzün aləmdə məşhur afitab, Utanır hüsnündən, ey hur, afitab, Səndən oldu məstü məxmur afitab.

______________________Milli Kitabxana_______________________

Ey qəmər üzlü, götür həqdən niqab Kim, üzündə rövşən oldu afitab. Arada munca nədəndir bu hicab? Şərh edər min indəhü ümmül-kitab.

Ey məlik, mülkündə vəchin afitab, Ey boyu sidrə, rüxün ümmül-kitab. Düşdü cana atəşi-hicrində tab, Şövqi-eşqin bağrımı qıldı kabab.

Ey özündən bixəbər, qafil qərib, Bilməmişsən sirri-əsrari-əcib. Olmasın bu sirrə məhrəm hər rəqib, Həmçinin pünhan gərək razi-həbib.

Canımın cananəsi sənsən, həbib, Xubların fərzanəsi sənsən, həbib, Küntə-kənzin xanəsi sənsən, həbib, Vəhdətin dürdanəsi sənsən, həbib.

Bir-iki-üç gün cahandır cayigəşt, Faida qılmaz, keçər çün dər güzəşt. Dərd ilə sən özünü qılma məlul, Şadiman ol, ta gəlincə həftü həşt.

Ey rüxün eşqində əqlim şahmat, Səlsəbil oldu ləbin abi-həyat. Ünsürün dörd oldu, həddin şeş cəhat, Qəflətin müstəhliki bulmaz nəcat.

Ey üzün ayatı ənvari-sifat, Zülfü xalın sureyi-vəlmürsəlat. Ayağın tozuna dəyməz kainat, Failatün, failatün, failat.

Ey xətin Xızrü ləbin abi-həyat, Ənbərin zülfün şəbi-qədrü bərat. Mehrü mah istər camalından zəkat, Failatün, failatün, failat.

______________________Milli Kitabxana_______________________

Al əlindən atını yabana at, Həqpərəst ol, həqqi tanı, olma at. Dünyanın dövründə yoxdur çün səbat, Atını qaçırma rüxdən, olma mat.

Kafü nun əmrində oldu kainat, Həm sifatdır kafü nun, həm eyni-zat. Kafü nundan vacib oldu mümkünat, Bil ki, sənsən aləmi-zatü sifat.

Gəldi bəydən muştucu bir gündə dört, Bəy sizə yazdırdı bir köklük yoğurt. Ol dəxi yarısı su, yarısı dürt, Bəxşişə türkmanmı yeydir, yoxsa kürt!

Gəlmişəm qalü bəlidən meypərəst, Aşiqəm, məstəm, vəli məsti-ələst. Ey gözün sevdalarından fitnə məst, Sünbülün hər tarəsi mə’nidə şəst.

Bir büsati-eşq imiş şətrənci-zat, Otuz ikidən gəlibdir kainat. Uyxudan oyan, anı tanıvü gör, Olmayasan bu büsata şahi-mat.

Ey münəvvər çöhrənizdən kainat, Qismət iltər xanınızdan cümlə zat. Məxfi ikən, zahir oldu dərdimiz, Otuz iki laməmat, illa həyat.

Ey təbibi-haziqü nazikmizac, Sən bilirsən xəstə könlümə əlac. Mən könül ilə sənə qul olmuşam, Şivə ilə nazına nə ehtiyac?

Doğdu Məğribdən günəş, endi Məsih, Burğu çalındıvü həşr oldu səhih. Keç kinayətdən ki, rəmz oldu sərih, Gör ki, müstəhsənmisən, yoxsa qəbih?

______________________Milli Kitabxana_______________________

Saqiyi-gülrüx əlindən bir qədəh İç, pərişan xatirin olsun fərəh. Mey haram isə, həqin nitqi halal, Qamu məzhəbdə budur qövli-əsəh.

Dalmışam şol bəhrə kim, payanı yox, Düşmüşəm şol rəncə kim, xüsranı yox, Görmüşəm şol bədri kim, nöqsanı yox, Bulmuşam şol gənci kim, viranı yox.

Dərdinə aşiqlərin dərmanı yox, Zərqi çox zahidlərin, imanı yox, Canına hey der və leykən canı yox, Əhdinə sabit deyil, peymanı yox.

Könlümü yəğmaladı şol alı çox, Şol qızılgül, rəngi gülgun, alı çox, Zülfünün sirri uzundur, halı çox, Şol şəkər sözlü dodağın balı çox.

Ey boyun tuba, üzün darül-xülud, Hüsnünə xurşidü mah eylər sücud. Taleyin mülkündə cəm oldu səud, Sivü dü nuri-xuda, yek nur bud.

Ey camalın qülhüvəllahi-əhəd, Surətin yazusu Allahü-səməd, Bir ucu zülfün əzəl, biri əbəd, Hüsnünə şeytan imiş mən-la-səcəd.

Kim ki, oldu taleyi həqdən səid, Olmadı şeytan kimi adı mərid, Kim ki, nəfsin görmədi həqdən bəid, Gecəsi qədr olduvü əyyamı id.

Ey saçın məhşər, üzün darül-xülud, Kə’bə üzünə qılır aləm sücud. Ey saçın buyu əbirü mişkü ud, Çıxdı eşqin atəşindən çərxə dud.

______________________Milli Kitabxana_______________________

Ey əzəl nuri-camalın ta əbəd, Məndə nəqş oldu xəyalın ta əbəd. Biqürub oldu halalın ta əbəd, Ey günəş, yoxdur zavalın ta əbəd.

Ey camalın kafü hey, yey, eynü sad, Mə’niyi-ya sin saçında müstəfad. Qəddi min-Tuba, əya hurinəjad, Səcdeyi-vəchində me’racil-ibad.

Gəl, mühiti-eşqə bir gəz dala gör, Vəhdətin dürrün içindən ala gör. Adəmə qıl səcdə, kibri sala gör, Olma şeytan, düşmə məkrü ala gör.

Qaşların yayı məni qurban edər. Surətin nəqşi könül heyran edər, Gör bu qüdrət mö’cüzü yəzdan edər, Cümlə əşya səndə uş seyran edər.

Abü xakı eylədi çün həq xəmir, Ərşini xəlq eylədi yə’ni sərir, Hüsnünü şah eylədi, eşqi əmir, Aşiqü mə’şuq ilə eşq oldu bir.

Yar əlindən çün meyi-dilkəş gəlir, İçəlim, həqdən nə gəlsə xoş gəlir. On səkiz min aləmin sirrin bilən Kə’bəteyni atacaq se şeş gəlir.

Çün həqi hər yerdə aydırsan ki, var, Səndə bəs həq var imiş, həq səndə var. Ənbiyanın sirrini bilməz davar, Qismət olmaz divə rahi-xoşgüvar.

Çox zaman keçdivü çox gəzdi mədar, Səndən özgə görmədi bir doğru yar. Hər kimin mənzuru sənsən, ey nigar, Cənnəti-ə’ladadır leylü nəhar.

______________________Milli Kitabxana_______________________

Həq təalanın kəlamı səndədir, Fa vü zad ol bil ki, lamı səndədir. Rövzənin darüssəlamı səndədir. Gör kəlamı həm səlamı səndədir.

Gəl ki, sənsən, ərşü kürsi səndədir, Bistü həştü sivü düsi səndədir, Ey Məsiha, ruhi-qüdsi səndədir. Həqmisən, yoxsa ki, əksi səndədir?

Ey könül, həq səndədir, həq səndədir, Söylə həqqi kim, ənəlhəq səndədir, Nuri-mütləq, zati-mütləq səndədir. Müshəfin hərfi mühəqqəq səndədir.

Həq təala varlığı adəmdədir, Ev onundur, ol bu evdə dəmdədir. Bilmədi şeytan bu sirri, qəmdədir, Ol səbəbdən ta əbəd matəmdədir.

Gər həq oldun, həq sifatın qandadır? Həqsifat ol, gör ki, zatın qandadır? Gər mühit oldun, cəhatın qandadır? Ey Kəmax, axar Fəratın qandadır?

Cövhəri-fərd adəmin kanındadır, Küntə kənzən adəmin şanındadır. Gərçi şeytan adəmin qanındadır, Sirri-əsma adəmin canındadır.

Aşiqin seyranı ol aləmdədir, Bilməyən ol aləmi matəmdədir, Küntə kənzin cövhəri adəmdədir, Adəm ol meydir ki, cami-Cəmdədir.

İsanın əsli bilən Məryəmdədir, Həq Süleyman hakimi xatəmdədir. On səkiz min aləmin sirrin bilən, Ol ləqəd kərrəm bəni adəmdədir.

______________________Milli Kitabxana_______________________

Xeyli müddətdir ki, dərdin məndədir, Dil sənə bir boynu bağlı bəndədir. Saldı hicranın ayağımdan məni, Sən bilirsən, indi mürvət səndədir.

Həq təalanın kəlamı nurdur, Görməyən ol nuru həqdən durdur. Çün ənəlhəq söyləyən Mənsurdur, Gəldi İsrafil, əlində surdur.

Həq sözün gör ki, necə dürdanədir, Həq sözünü bilməyənlər da nədir? Cahilü nadan nə bilsin danə dür, Danəyi dana bilir kim, danədir.

Dutdu üzündən cahanı cümlə nur, Həq hidayət etdi Mehdidən zühur. Endi Isa, gəldi Musa, doldu nur, Zahir oldu mö’minə cənnatü hur.

Hər nə kim təqdiri-yəzdani qılır, Eyni hikmətdir, həq ərzani qılır, Şah iki aləmdə sultanı qılır, Hər nə kim könlü dilər, anı qılır.

Surətin nəqşində qıldı həq zühur, Üştə müshəf, gəl oxu Allahu nur, Zülfü rüxsarındadır həşri nüşur, Ey boyu tuba, üzü cənnati-hur.

Mahımın üzündən oldu pərdə dur, Gəldi həqdən ayəti-Allahu nur, Ey xətü xalın təcəlli, üzün Tur, Surətin mə’nisidir cənnati-hur.

Bil vücudun kim, Süleyman təxtidir, Həm imarət qıl ki, sultan təxtidir. Cismini yoğurdu çün can təxtidir, Həq qatında həşrü mizan təxtidir.

______________________Milli Kitabxana_______________________

Ləbinə lə’li-canfəza dedilər, Sormuşam, dərdimə dəva dedilər. Qamətin balası bəla dedilər, Bizləri ona mübtəla dedilər.

Ey günəş surətli, yari-dilpəzir, Təl’ətindən utanır bədri-münir. Neyləyim ki, mən fəqirəm, sən əmir, Həsrətindən ürəyim hər dəm ərir.

Surətin müshəfdir, ey bədri-münir, Xilqətin sər ta qədəmdir dilpəzir, Əhli-ürfan ol, nə əshabi-sərir Bil ki, həqdir həm səmi’ü həm bəsir.

Ay ilə günəş üzün heyranıdır, Mişk ilə ənbər saçın tərxanıdır, Çün Nəsimi aləmin sultanıdır, Dövr anın, dövran anın dövranıdır.

Ey iki aləmdə hüsnün binəzir, Fitnəli qaşın kamandır, qəmzə tir. Ənbərin zülfün tozundandır əbir, Məhşər oldu, qopdu hüsnündən nəfir.

Həqqə yar ol, ey könül, yar ol, yetər, Həqqi çün yar eylədin, var ol, yetər, Nura nur ol, nara ol nar ol, yetər, Adəmə oldur səzavar, ol yetər.

Ey hərami gözlərin yəğmaçılar, Kə’bə üzündür, məlaik hacılar. Eşqinə ümmət olandır nacilər, Vey dodağından xəcil halvaçılar.

Usta var əyrivü həm yalançıdır, Kim dedi yalançıyı, kim nacidir. Fitnənin başmağı onun tacıdır, Məkrü al əsrasıvü me’racıdır.

______________________Milli Kitabxana_______________________

Allahın fəzli bizə oldu bəşir, Bəşrəna biməğfirən əcrən kəbir. Yerü göyün mənzərisən, ey əmir, Yələm-əs-sirr əl-xifa mafil-zəmir.

Ey camalın hüsnünə heyran qəmər, Sünbülün dövründədir pünhan qəmər, Ləmyəzəl günəşsən, ey taban qəmər, Gəl ki, verdi hüsnünə dövran qəmər.

Gəldim uş həqdən, gətirdim xoş xəbər, Eynü şinü qaf ilə qıldım nəzər. On səkiz min aləm içrə sərbəsər, Həqqi gördüm, dopdoludur bəhrü bər.

Qamətin hər dəm qiyamət göstərir, Gör bu qəddi kim, nə qamət göstərir. Kə’bə üzündən əlamət göstərir, Qanlı eynin bax, imamət göstərir.

Qabü-qövseyn iki qaşın yayıdır, Vəzzühanın şəmsi üzün ayıdır. Dünvəyü üqba saçın bir tarıdır, Dür bulur hər kim ki, ol dəryayidir.

Ol nədir kim, hayü huyu altıdür? Kim görübdür bir sədəfdə altı dür? Bistü həştdən dışxarı heç nəsnə yox, Fövq başın, təht ayağın altıdür.

Ey günəş üzlü, camalın fitnədir. Nunü mimin, eynü dalın fitnədir. Ey büti-gülçöhrə, alın fitnədir, Qəmzə cadu, zülfü xalın fitnədir.

Hər ki, sən şirinləb üçün ad oxur, Xosrovi-xuban şəhi, Fərhad oxur. Qamətini sərv ilə şümşad oxur, Gözlərini zalımü bidad oxur.

______________________Milli Kitabxana_______________________

Çün vücudundur, nigara, şəhriyar, Surətü mə’nidə sənsən şəhriyar. Mə’niyi-şəqqül-qəmər çün səndədir, İstiva eylə camalın, şəhri yar.

Könlümüz bir yar əlindən xəstədir, Gözü qara, qaşları peyvəstədir. Naz edərsə nazını çəkmək gərək, Can fəda qılmaq gərək, növrəstədir.

Şəm’i-rüxünə günəş pərvanədir, Tən sədəfdir, surətin dürdanədir. Nüğlü-mey lə’lin, gözün peymanədir, Məsti-eşqin məscidi meyxanədir.

Fitnənin başı gözün sevdasıdır, Şurü şər hüsni-rüxün qovğasıdır. Kövsərin xəmri ləbin səhbasıdır, İnci dişin lö’löi-lalasıdır.

Saçların qədrü bəratın leylidir, Aşiqin Məcnunü hüsnün Leylidir. Həmdəmim daim xəyalın xeylidir, Surətin sövmü səlatın keylidir.

Əqrəb oldu aləmin xəlqivü mar, Fitnə yayıldı əla qövmüş-şərar. Qandadır bir ari batin, doğru yar? Qanı insafü mürüvvət, kimdə var?

Saqiya, mən sərxoşam, yarım gətir, Bir qədəh çün dərkəşəm, yarım gətir. Neylərəm mən sənsizin canü cahan, Həsbətən lillah sana narım gətir.

Fitnədir eynin, üzün şəmsü qəmər, Fitneyi-dövri-qəmərsən bəs məgər? Surətin həqdir, budur həqdən xəbər, Söyləyən həqdir, vəli adı bəşər.

______________________Milli Kitabxana_______________________

Şol qaşı çaçı büti-məhvəş gəlir, Kirpik oxundan dolu tərkəş gəlir. Həq meyindən gözləri sərxoş gəlir, Kirpiyi, qaşı hesabı şeş gəlir.

Ey saçın hər tarına min can əsir, Surətin yektavü adın binəzir. Surətin yazusu reyhan, həq dəbir, Həm səm’i-bibədəlsən, həm bəsir.

Yeddidir, dörd yeddidən bir yeddidir, Yüz igirmi dörd yenə üç yeddidir. Evi bir, bacası yeddi, babı üç, Əhli-beyt ilə özü on yeddidir.

Kafü nun mə’nidə külli-mə’nidür, Yə’ni kafü nun sədəfdir, mə’ni dür. Məhşərin suru çalındı, yatma, dur, Gör ki, nə sövdadasan, halın nədür?

Gəl mənə bir söylə kim, iman nədir? Bu namazü rövzəvü fərman nədir? Bir kişi kim, qəbləl-mövtü bilmədi, Ol nə bilsin can ilə canan nədir?

Cənnətin vərdi üzün gülzarıdır, Şəm’i-vəhdətdir üzün, gül narıdır. Ay ilə günəş üzün ənvarıdır, Leylətül-əsra saçın əsrarıdır.

Hər nə yerdə, göydə var, adəmdə var, Hər nə ildə, ayda var, adəmdə var. Hər nə əldə, üzdə var, qəddəmdə var. Həq sözün fəhm etməyən adəm də var.

Həq təala adəm oğlu özüdür, Otuz iki həq kəlamı sözüdür. Cümlə aləm bil ki, Allah özüdür, Adəm ol candır ki, günəş üzüdür.

______________________Milli Kitabxana_______________________

Arizi yarın cinan bostanıdır, Ol qədi tuba, saçı reyhanıdır. Kuyi cənnət, əhli-dil rizvanıdır, Bəs rəqib bu ortanın şeytanıdır.

Adəm oldur ki, cahanın canıdır, Adəmə yol bulmayanlar fanidir. Adəmin vəchində sirri-kainat, Oxugil ki, qibleyi-rəhmanıdır.

Saf içən hər dəm səfa hasil qılır, Dürd içən dərdə dəva hasil qılır. Kim ki, yari-bivəfa hasil qılır, Canına yüz min bəla hasil qılır.

Məzhəri-sidqü səfa sinəndədir, Məxzəni-mehrü vəfa sinəndədir. Xəstə könlümə şəfa sinəndədir, Hər nə dərd olsa, dəva sinəndədir.

Ey sənəm, eynin xumarı fitnədir, Kirpiyin qaşınla varı fitnədir. Zülfi-ənbər, mişkbarı fitnədir, Cə’di zülfündə şümarı fitnədir.

Sureyi-nuri-düxandır zülfi-yar, Yə’ni küfr ilə imandır zülfi-yar. Nə əcəb gənci-nihandır zülfi-yar, Aşiqə elmi-bəyandır zülfi-yar.

Dilbərin xətti güli-xəndanıdır, Şol mütərra sünbüli-reyhanıdır. Can əgər təndən rəvan ola nə qəm, Əhli-eşqin canı çün cananıdır.

Dust Leylivü könül Məcnundur, Fitnəli qaşına can məftundur. Yar vəslin almayan can nəqdinə, Eşq bazarında key məğbundur.

______________________Milli Kitabxana_______________________

Çün camalın məhşərin gülzarıdır, Hovzi-kövsər bəs dodağın yarıdır. Hər kim olsa vəsli-hüsnündən cüda, Ona firqət bəs cəhənnəm narıdır.

Pərdə çəkmiş ara yerdə pərdədar, Pərdə içindən bəri bax gör nə var. Adəmi gör, adəmi bil, adəmi, Adəmin əsrarını bilməz davar.

Sivü dü dəndan çü dürri-abidar, Ləblərin abında heyvan suyu var. Xızrını zində qılıbdır bu nigar, Könlümüz çün susadı, ləbdən suvar.

Fəzli-həqdir vaqifi-əsrarımız, Fəzli həqdəndir qamu ənvarımız. Fəzli-həq göstərmiş idi karımız, Fəzli-həqdir, Fəzli-həq me’marımız.

Favü zadü lama düşdü könlümüz, Kə’bəvü ehrama düşdü könlümüz. Eşqi-biəncama düşdü könlümüz, “Cavidani-nama” düşdü könlümüz.

Favü zadü lama düşdü könlümüz, Nərgisi tək cama düşdü könlümüz, Sünbülündən şama düşdü könlümüz, Danə gördü, dama düşdü könlümüz.

Bir əcaib şaha düşdü könlümüz, Üzü bədrü maha düşdü könlümüz, Qul kəfa billaha düşdü könlümüz, Məzhəri-Allaha düşdü könlümüz.

Nagəhan bir şaha düşdü könlümüz, Üzü bədrü maha düşdü könlümüz, Ta ki, Fəzlullaha düşdü könlümüz, Uş həqiqi raha düşdü könlümüz.

______________________Milli Kitabxana_______________________

Pərdə üzündən götürdü mahımız, Həqdən oldu, həqqə doğru rahımız, Surətü mə’nidə həqdir şahımız, Dinlə lailahə-iləlahımız.

Ey camalın surəti-rəhmanımız, Ey dodağın çeşmeyi-heyvanımız, Qaşlarındır razi-sübhanəlləzi Ey vüsalın şərbəti imanımız.

Məğribü məşriqdən oldu yəslimiz, Yeddi ulduz, on iki bürc əslimiz, Bistü həştü sivü düdür nəslimiz, Fəzli-həqdən oldu babü fəslimiz.

Sənsiz, ey can, könlüm aram eyləməz, Can yanar, səbr, ey dilaram, eyləməz. Lə’lini dövlət mana ram eyləməz, Neyçün, ey sərvi-güləndam, eyləməz.

Üç yüz altmış gündürür dövranımız, Altı gəz altmış olur ey canımız, Şeş cəhətdən baxıcaq hər vəch ilə, Görünür bu məfsəli-insanımız.

Yeddi gəz yeddi olur hər yeddimiz, İstiva keçdik səkizdir yeddimiz, Gər kəlamüllaha eylərsən nəzər, Əlli olur hərfü nüktə yeddimiz.

Gəl rizasın istə həqqin hər nəfəs, Çünki, həqdir yar iki aləmdə bəs. Dünya məhmildir, anın dövrü cərəs, Uçacaq can quşu, boş qalır qəfəs.

İndəhü elmül-kitab ol mah imiş, Qul kəfa billah Fəzlullah imiş. Qibləsi aşiqlərin ol şah imiş, Səcdədən başın çəkən gümrah imiş.

______________________Milli Kitabxana_______________________

Qaşların kim, qayət ə’la tağ imiş, Ruh anın me’racına müştaq imiş, Surətin kim, məzhəri-xəllaq imiş, Kə’beyi-can qibleyi-üşşaq imiş.

Aşiqin adı nədən abdal imiş, Anda kim, hərfi həmişə dal imiş, Hərfi dal olmuş, vücudun tanımış, Kim ki, bildi nəfsini, abdal imiş.

Surətin tahavü həm yasin imiş, İki qaşın sureyi-ta sin imiş. Tur imiş üzün, dişin vəs-sin imiş, Həq dedi arif səni, ol çin imiş.

Arizin, zülfün sabahü şam imiş, Xoş ləyalü qutlu bir əyyam imiş. Bil hüvəl-Qur’anı üzün nam imiş, Həqqi tanı, favü zadü lam imiş.

Həq təalanın kitabı Tur imiş, Cümlə əşyada gözün mənzur imiş, Həqqi bilən aləmə məşhur imiş, Həqq ilə beyti anın mə’mur imiş.

Adəmin vəchi kəlamüllah imiş, Surətin lövhü sifatüllah imiş, Ləblərin camı məsihüllah imiş, Xilqətin tə’vili Fəzlüllah imiş.

Çünki, Salman oğlu usta var imiş, Hasili güldən cahanda xar imiş, Həqqə yaram der, vəli əğyar imiş, O yalançıdan xuda bizar imiş.

Çün üzündən cümlə əşya oldu faş, Bəşrəna tüccar qəd cahəl məaş. Axirət bazarıdır, yoxdur savaş, Həq kərimdir, alana verir bəlaş.

______________________Milli Kitabxana_______________________

Əhli-irfanın məqamı Qaf imiş, Arifi-rəbb, arifi-ə’raf imiş, Bilməyən ol qafı sözü laf imiş, Özünü bilən kişi sərraf imiş.

Ey üzün ol lövh kim, məhfuz imiş, Hər zaman bu növ’ ilə məlfuz imiş, Ənbiya bir nöqtədən məhşuz imiş, Bu xəbər iblisdən məhfuz imiş.

Cümlə həqdir hər nə kim, mövcud imiş, Həqqə sacid, həqqü həq məscud imiş, Çün iki aləmdə bir mə’bud imiş, Səcdədən başın çəkən mərdud imiş.

Çünki həm əvvəl, həm axır yar imiş, Küfrü din mə’nidə bir bazar imiş, Eşqə sufinin işi inkar imiş, Xirqəsi büt, səbhəsi zünnar imiş.

Dilbərin lə’lində əşya əsrimiş, Sünbülün leylində əsra əsrimiş. Nərgisin dövründə sevda əsrimiş, Gözlərin ayıqmıdır, ya əsrimiş?

Sən üzü mahi-tamamı buldum uş, Cənnəti-darüssəlamı buldum uş, Çəkmədən yolda bəriyyə zəhmətin, Kə’beyi-beytülhəramı buldum uş.

Aləmi üzün gülüstan eyləmiş, Bülbülü sərməstü heyran eyləmiş, Ənbəri zülfün pərişan eyləmiş. Mahını əbrində pünhanı eyləmiş.

Eşq ilə mə’şuqü aşiq bir imiş, Həm əmən, həm əmzirən, həm şir imiş, Surətin müshəf, sözün təfsir imiş, Bil, əcəb qüdrət, əcəb təqdir imiş.

______________________Milli Kitabxana_______________________

Kün-fəkanın çünki əsli zat imiş, Cümlə əşya vəhdətə ayat imiş, Kim ki, heyvan oldu, adı at imiş, Oynadı atı, vəli şahmat imiş.

Gər həqi görmək dilərsən biqələt, Üştə gör, fi-surəti-şabi qətət. Həqdən oldu ümməti-Əhməd vəsət, Vəchinin lövhündədir sivü dü xət.

Çün əzəldən qüdrət əli biqələt, Üzünə nəqş eylədi sivü dü xət. İsmi-ə’zəm cameyi-zati-sifət, Bəllidir fi surəti-şabi-qətət.

Eşq imiş simurğü aşiq kuhi-Qaf, Eşqə sığmaz lafü eşq olmaz gəzaf. Hər kim istər Kə’bəyi qılmaq təvaf, Həm içi safi gərək, həm daşı saf.

Həq təalanın kəlamı bixilaf, Üştə vəchində göründü şinü qaf. Qafü mimü reydən anı qıl şikaf, Anı çü buldun sana olur kifaf.

Arif olan cahilə eylər məaf, Əhli-razın səm’inə qılmaz gəzaf. Hər kim olmaz buteyi-eşqində saf, Qəlbi ğəşdir, qəlbi ğəşdir bixilaf.

Cənnətin xəmri ləbin eynində saf, Vəchinə əhli-sücud eylər təvaf, Zərqü təzvir oldu mə’nidə xilaf, Mö’minə həqdən irişdi latəxaf.

Ey həqə müştaq olan, uş səndə həq, Əbcədi unutma, yanılma səbəq, Ey kitabından üzün gül bir vərəq Pərdə rəf’ olduvü açıldı təbəq.

______________________Milli Kitabxana_______________________

Fəzli-həqdən çün hidayət buldu həq, Surətin təfsirini verdi səbəq, Latəhərrük ayətindən bir vərəq Oxuyanlar istivasın qıldı şəq.

Gəl ki, qəmdən canımı yaxdı fəraq, Razımı naməhrəmə çaxdı fəraq, Boynuma həsrət ipin taxdı fəraq, Canımı gör kim, nə xoş yaxdı fəraq.

Çün zümürrüd qıldı eynimi əqiq, Mubəmu eylər könül fikri-dəqiq. Dil şinavər oldu dər bəhri-əmiq, Dür gətirdi, gəl, xəridar ol, rəfiq.

Ey rüxün eşqində sərgərdan fələk, Üzünə qarşu sücud eylər mələk. Hüsn içində fərdi-yektasan, nə şək, Hər kişinin nəqdini çaxar məhək.

Ey günəş, nuri-təcəlladır üzün, Surətin filcümlə, mə’nadır üzün, Surəti-biçuni-mövladır üzün, Əbcəd ilə mim, əlif, badır üzün.

Ey xətin Xızr, abi-heyvandır sözün, Söylə, ey can, söylə kim, candır sözün! Surətin ərş ilə rəhmandır sözün, Ey sözü həq, cümlə Qur’andır sözün.

Həşrü nəşrin afitabıdır üzün, Saətin yovmül-hesabıdır üzün, Cənnətin şəm’ü şərabıdır üzün, Rövzənin hüsnül-məabıdır üzün.

Həqq əyan oldu, gəlin, həqqi görün! Həqqi batildən seçin, fərqi görün! Bədrimin üzündəki şəqqi görün! Aləmə sığmaz ənəlhəqqi görün!

______________________Milli Kitabxana_______________________

Həqq əyan olduvü getdi şirkü şək, Vahidin yoxdur şəriki, müştərək. Çox zaman keçdiyü çox gəzdi fələk, Səndə gördü mə’dəni-hüsni-nəmək.

Şəm’i-tövhidi-hidayətdir üzün, Surəti-həqdən kinayətdir üzün, Bibidayət, binəhayətdir üzün, Həm nəhayət, həm bidayətdir üzün.

Surəti-həqdən işarətdir üzün, Əhli-tövhidə bəşarətdir üzün, Həccü ehramü ziyarətdir üzün, Cümlə əşyadan ibarətdir üzün.

Aşiqə iman ilə dindir üzün, Bir adı bütxaneyi-Çindir üzün, Əbcədü tahavü yasindir üzün, Ərşü kürsi, Turi-sinindir üzün.

Aşiqin beytülhəramıdır üzün, Arifin Darüssəlamıdır üzün, Əhli-imanın imamıdır üzün, Dünyəvü üqba tamamıdır üzün.

Eşqin əhli bisərü saman gərək, Dostu üçün zarü sərgərdan gərək, Hər kimə kim, mülki-cavidan gərək, Fitnə qaşın yayına qurban gərək.

Fəzli-həqqin “Cavidanıdır” üzün, Aləmin doğru nişanıdır üzün, Əhli-ə’rafə məanidir üzün, Bütpərəstin şəm’i-xanıdır üzün,

Qibleyi-ərbabi-taətdir üzün, Nüsxeyi-işrət, səadətdir üzün, Sanei-sün’i-sənaətdir üzün, Gör necə yövmi-şəfaətdir üzün.

______________________Milli Kitabxana_______________________

Məhşərin xurşidü mahıdır üzün, Hər nə kim, vardır kəmahıdır üzün, Surəti-həqqin güvahıdır üzün, Sivü dü nitqi-ilahidir üzün.

Məzhəri-əsmai-küll oldu üzün, Həqqə varmaq doğru yol oldu üzün. Hadiyi-cümlə rəsul oldu üzün, Sağərü saqiyü mül oldu üzün.

Dörd gərək, dörd dörd gərək, bir dörd gərək, Yeddisi xətt istiva, üç dörd gərək, Seyyidi çoxlar söyər dəhri deyib, Kəndözün bilənlərə beş dörd gərək.

Ayəti-səb’ülməsanidir üzün, Otuz ikinin nişanidir üzün, Bağü cənnət ərğəvanidir üzün, Mehrü mahın ərməğanidir üzün.

Ayəti-səb’ülməsanidir üzün, Dörd kitabi-asimanidir üzün, Müshəfi-həqqin bəyanidir üzün, Rövzeyi-xüldün nişanidir üzün

Gövhəri-bəhri-hədayiqdir üzün, Badeyi-nüqli-sədayiqdir üzün, Gör necə incə dəqayiqdir üzün, Qibleyi-külli-xəlayiqdir üzün.

Yeddi yerdə otuz ikidir üzün, İgirmi səkkiz göstərər iki gözün. Qamətin səksən səkkiz edər bəyan, Yetmiş iki bildirər nitqü sözün.

Söylə, ey ziba ki, zibadır sözün, Ərşü ərrəhmanü tahadır sözün, Gəl ki, əsmavü müsəmmadır sözün, Nəfxeyi-nitqi-Məsihadır sözün.

______________________Milli Kitabxana_______________________

Tutiyi-cana şəkərdir sözlərin, Söylə, ey bülbül ki, tərdir sözlərin. Gəl, nisar eylə ki, dürdür sözlərin, Lə’lü yaqutü göhərdir sözlərin.

Ey büti-şirin ki, şəkkərdir ləbin. Şəhdilə qəndi-mükərrədir ləbin, Abi-Xızrü, cuyi-kövsərdir ləbin, Lə’l ilə yaqutü əhmərdir ləbin.

Bənzəmiş mahi-hilala qaşların, Başladı məkr ilə ala qaşların, Aşiqə oldu həvalə qaşların, Qəsd edər ki, canı ala qaşların.

Sehr ilə qurub kamanı qaşların, Canımı qıldı nişanı qaşların, Tökdü nahaq yerə qanı qaşların, Yoxmudur insafı, qanı qaşların?

Seyd edər, səyyadi-candır gözlərin, Fitneyi-axırzamandır gözlərin, Bildilər kim, biamandır gözlərin, Dilə gəlməz dilsitandır gözlərin.

Mənə ol dəm naz ilə baxdı gözün, Hicr oduna canımı yaxdı gözün, Adımı məlamətə taxdı gözün, Razımı aləmlərə çaxdı gözün.

Tiz edər canıma xəncər kirpiyin, Qıldı dil mülkün müsəxxər kirpiyin, Hökm ilə xunrizü kafər kirpiyin, Aləmi dutdu sərasər kirpiyin.

Bir xədəng atdıqda yara, kirpiyin, Min cigər dilər ki, yara kirpiyin, Bağrıma çox vurdu yara kirpiyin, Yaxındır kim, yara, yara, kirpiyin.

______________________Milli Kitabxana_______________________

Aşiqin canına batar kirpiyin, Sehr oxunu daim atar kirpiyin, Ləşkəri-yəğmaçı tatar kirpiyin. Aləmi bir heçə satar kirpiyin.

Can kimi sirri nihandır ağzının, Varlığı dəxi gümandır ağzının, Abi-kövsər, Xızrı candır ağzının, Nitqi dür kimi əyandır ağzının.

Canıdır çün abi-heyvan ağzının, Zindəsidir cism ilə can ağzının. Nitqidir dərdimə dərman ağzının, Yeri var canımda pünhan ağzının.

Nafeyi-Çinü Xətadır bənlərin, Daneyi-dami-bəladır bənlərin, Məcməri-şəm’i-səfadır bənlərin, Mülki-Ruma padişadır bənlərin.

Mişki-tərdən danələr can bənlərin, Rövşən etdi ənbərəfşan bənlərin, Qıldı Hindustanı nalan bənlərin, Oldu Rum elinə sultan bənlərin.

Oldu çün abi-müəlləq qəbqəbin, Kuyi-simindürür əlhəq qəbqəbin, Sibi-cənnətdir mühəqqəq qəbqəbin, Badeyi-paki-mürəvvəq qəbqəbin.

Sərvəra, sərvi-rəvandır qamətin, Aşiqə ruhi-rəvandır qamətin, Ər’əri-baği cinandır qamətin, Şaxi-tubadan nişandır qamətin.

Tə’n edər qənd ilə bala ləblərin, Rəng verir yaqutü lə’lə ləblərin, İrməsin hərgiz zavala ləblərin, Mərhəm oldu xəttü xala ləblərin.

______________________Milli Kitabxana_______________________

Gövhərü dürri-məani dişlərin, Seyr edər ol laməkani dişlərin, Gördü çün kim, binişani dişlərin, Otuz iki gizli kani dişlərin.

Riştəyə gövhərdir, ey can, dişlərin, Dürri-yetimdir firavan dişlərin, Lə’l ilə mərcandır, ey can, dişlərin, Qılsa mən dərvişə ehsan dişlərin.

Mürdəyə canlar nisar eylər dilin, Kafü nundan yoxu var eylər dilin, Bülbülü aşiqi-zar eylər dilin Kim, ənəlhəqdə qərar eylər dilin.

Pərdə götrüldü üzündən dilbərin, Üzü göründü üzündən dilbərin, Gənc zahir oldu, ey gənc istəyən, Adəmü Həvva üzündən dilbərin.

Taliba, əvvəl qədəm üç dörd gərək, Dördü dörddür, dördünə üç dörd gərək, Əqrə-əl-Qur’an əla hərfi ki var, Yar üzündə dəxi səksən dörd gərək.

Dideyi-ürfanı aç bidar isən, Eşq camın nuş qıl huşyar isən, Olma qafil talibi-didar isən, Sərdən əl yu sərvəri-sərdar isən.

Usandım mülkü malından cahanın, Mana zövqü gərəkməz bu cahanın, Necə nuş eyləyim dövran əlindən, Həlahil zəhri axır bu zamanın.

Vəzzühanın afitabıdır üzün, Dilbərin vəchi-kitabıdır üzün, Xeymeyi-miadi-canın eylə bil, İşbu mə’nidən tənabıdır üzün.

______________________Milli Kitabxana_______________________

İsmi-ə’zəm bilməyən insan degil, Əhsəni-təqvim ilə ehsan degil, Sanma kim arif olubdur həqq ilə, Həqqi bilməz, bəs nədən heyvan degil?

Ol bilir həqqi ki, yalançı degil, Hər ki, yalan söylər, ol naci degil, Həccə doğru varmayan hacı degil, Doğru söz doğrulara acı degil.

Ey camalın bibədəl, hüsnün cəmil, Cümlənin məqsudu sənsən eylə bil. Ey boyun Tuba, dodağın səlsəbil, Hüsnünə canlar fəda, aləm səbil.

Ey üzündən hurü qılman münfəil, Ey qaşından mahi-taban münfəil, Ey ləbindən abi-heyvan münfəil, Ey xətindən vərdü reyhan münfəil.

Ey behiştdən tazə gəlmiş tazə gül, Hövzi-kövsər rövşən ilə tazə gül, Hüsnünə ey şahi-aləm, cümlə qul, Kimdürür deyən səni kim, həq degül?

Pərdəsiz mə’budunu gör, abid ol, Olma şeytan, gəl turaba sacid ol! Cənnət bağı, nəimi-xalid ol, Keç ikilikdən, əliftək vahid ol!

Mən otuz iki hürufam ləmyəzəl, Yoxdur ortağım, nə mislim, nə bədəl, Çün əbəddir axırım əvvəl, əzəl, Əvvəlü axır mənəm izzə və cəl.

Çünki sənsən hər nə kim var, ey könül, Kimdən umarsan əta, var, ey könül. Çün yetərsən sən sənə yar, ey könül, Yarını bil, olma əğyar, ey könül.

______________________Milli Kitabxana_______________________

Höccətüllah oldu nitqin, natiq ol! Həqqə ixlas eylə, həqqə sadiq ol! Gər liqa həqdən umarsan, aşiq ol, Xaliqin ləfzin gör, andan xaliq ol!

Həq sevər xubuvü həqdən həqqi bil, Sureyi-vətturu tanı, rəqqi bil! Gör bu bədrin istivasın, şəqqi bil, Nara salma sən anı, uçmağı bil.

Raziqi-ərzaqımız mər’əş degil, Rizqi mər’əşdən umarsan, xoş degil. Kim ki, arıtmaz için biğəş degil, İki üçü, kim dedi kim, şeş degil?

Eşqimiz baqivü hüsnün layəzal, Eşqə sığmaz çunü çəndü qeylü qal, Ləmyəlid hüsnün, vələmyuləd camal, Hüsnünə sübhanəhü cəllə-cəlal.

Qamətindən sərvü ər’ər münfəil, Gül üzündən vərdi-əhmər münfəil. Kakilindən mişkü ənbər münfəil, Ləblərindən şəhdü şəkkər münfəil.

Keç ikilikdən, əliftək vahid ol, Həqqi gör adəmdə, həqqə saçid ol! Gəl vəfanın bəhrinə dal, xalid ol, Kə’bəyi tanıvü lata abid ol!

Gəl ki, sənsiz biqərar oldu könül, Düşdü qəmdən sayru, zar oldu könül, Dərdimə həmdəm nə yar oldu könül, Gör nə zaye ruzigar oldu könül!

Gözlərin sevdasına düşdü könül, Fitnənin qovğasına düşdü könül, Altı dördün tasına düşdü könül, Vəhdətin dəryasına düşdü könül.

______________________Milli Kitabxana_______________________

Bir əcaib dilbərə düşdü könül, Bir əliyetməz yerə düşdü könül, Bir məhi-nikəxtərə düşdü könül, Bir büti-siminbərə düşdü könül.

Həqqə doğru baxü həqqi doğru bil, Doğru qövl ol, doğrufe’l ol, doğrudil. Çün buyurdu əscidu rəbbül-cəlil, Əscidu etməzmi insana dəlil?

Ol camalın afitabi-layəzal, Ey dodağın çeşmeyi-abi-zülal, Barəkəllah, ey həbibi-xoşxisal, Yoluna canım fəda, qanım halal.

Bil ki, kəl-ən’am ola bəlhüm əzəl, Hüsnünə hər kim ki, mən layəstədəl, Çün üzündə cümlə əşya mö’tədəl, Əvvəlü axırda sənsən ləmyəzəl.

Kim ki, bildi adəmi, insandır ol, Bilməyən anı yəqin şeytandır ol, Səcdədən çəkdi başın divi-rəcim, Eylə sandı qeyri-ərrəhmandır ol.

Üzünü həqdən çevirmə, həqqi bil, Sureyi-vətturi tanı, rəqqi bil, Mustafanın barmağında şəqqi bil, Səlsəbil oldu dodağın, zövqi bil.

Bivəfa dünyadan usandı könül, Yox dedi, dünyayı yox sandı könül, Düşdü eşqin oduna yandı könül, Vəhdətin qəndabına qandı könül.

Adımı həqdən Nəsimi yazərəm Bil bu mə’nidən nə siməm, ya zərəm. Həm büti-uşadıcı, həm Azərəm, Həm hidayət eylərəm, həm azərəm.

______________________Milli Kitabxana_______________________

Oldum Israfilü həm sur olmuşam, Gör ənəlhəqdən nə Mənsur olmuşam. Səlsəbiləm, cənnətü hur olmuşam, Gəncə viran, eşqə mə’mur olmuşam.

Ey cahan eşq əhlinə sənsiz haram, Hər dəm olsun üzünə yüz min salam! Surətin müshəfdir, ey tubixuram, Kirpigin, qaşınla zülfündür kəlam.

Ey camalın məzhəri-zati-qədim, Surətin Allahu rəhmanür-rəhim, Hüsnünə cümlə məlaik, insü cin Səcdə qıldı, qeyri şeytanir-rəcim.

Pərdə üzündən götürdü həq tamam, Gəl həqin didarını gör, vəssalam. Çıxdı ərşüllah, xətm oldu kəlam, Gəncini faş eylədi beytülharam.

Mən əzəldən məstü sərxoş gəlmişəm, Xızra su, Musaya atəş gəlmişəm, Lövhi-məhfuzam, münəqqəş gəlmişəm, Çarü pəncü həft ilə şeş gəlmişəm.

Mən vücudi-mütləqəm, mütləq derəm, Həq tanıqdır, həq bilir kim, həq derəm, Küntə-kənzin sirrini müğləq derəm, Eylədi barmağilə ay şəq derəm.

Mən əzəldən eşq ilə pir olmuşam, Gah iki anınla, gəh bir olmuşam, Əhsəni-surətdə təxmir olmuşam, Qadirəm hər əmrə, təqdir olmuşam.

Bulmuşam həqqi, ənəlhəq söylərəm, Həq mənəm, həq məndədir, həq söylərəm. Gör bu əsrarı nə müğləq söylərəm, Sadiqəm qövlümdə, səddəq söylərəm.

______________________Milli Kitabxana_______________________

Çün əzəldən ta əbəd baqi mənəm, Kün-fəkanın xəlqü xəllaqi mənəm, Vəhdətin bəzmində çün saqi mənəm, Ənfusun ayatü afaqi mənəm.

Rövzeyi-rizvan üzündür, vəssalam, Surəti-rəhman üzündür, vəssalam, Ərşi-həq, ey can, üzündür, vəssalam, Lövh ilə Qur’an üzündür, vəssalam!

Səcdə əmrin tutmayan şeytani-şum, Həq yaratmış anı min narəssəmum. Gəlmədi şeytana çün həqdən ülum, Ol cəhulun adıdır həqdən zülum.

Surətin nəqşində heyran olmuşam, Vəslinə ulaşalı can olmuşam. Əqləsığmaz gənci-pünhan olmuşam, Laməkan təxtində sultan olmuşam.

Fəzli-həqdən mən hidayət bulmuşam, Surətin nəqşini ayət bulmuşam, Mərtəbə aləmdə qayət bulmuşam, Ol səbəbdən mən vilayət bulmuşam.

Lövh ilə Qur’an üzündür, vəssalam, Həq təaladan gələn sənsən kəlam. Surətin dövründə hüsn oldu tamam, Ey saçın taha, üzün beytülharam.

Gördüm ol ayıvü bayram eylədim, Ol ləbi mey, gözləri cam eylədim. Həccə vardım, əzmi-ehram eylədim, Favü zadü lamı həq nam eylədim.

Laməkanın təxtinə sultan mənəm, Küntə-kənzin sirrinə bürhan mənəm, Həmdəmi-Isavü həm Imran mənəm, Cənnətü baqivü həm rizvan mənəm.

______________________Milli Kitabxana_______________________

Məstəm ol meydən ki, məxmur olmazam, Həqdən ayruq ta əbəd dur olmazam. Çün mən ol sağam ki, rəncur olmazam, Qəm degil gər divə məşhur olmazam.

Müshəfin hərfivü övraqı mənəm, Küllə şey’in halikə, baqi mənəm. Mey mənəm, sağər mənəm, saqi mənəm, Aləmin səmmivü tiryaki mənəm.

Vəchimi Allaha təslim etmişəm, Surəti-rəhmana tə’zim etmişəm, Nitqimi əşyada təqsim etmişəm, Gör bu əsrarı nə təfhim etmişəm.

Vəhdətin şəhrində seyran eylərəm, Mən səni cismində heyran eylərəm, Gəncimi adəmdə pünhan eylərəm, Adəmi həm həq, həm insan eylərəm.

Hər nəyə kim baxıram, həq baxıram, Baxışım həqdir, ənəlhəq baxıram, Mütləq oldu, həqqi-mütləq baxıram, Bigüman həqqəm, mühəqqəq baxıram.

Elm içində bəhri-payan olmuşam, Laməkan gəncinə viran olmuşam, Eşq içində gör nə heyran olmuşam, Cism içində sərbəsər can olmuşam.

Dilbərin yolunda canı tərk edəm, Can nədir, iki cahanı tərk edəm. Can kimi şirinsən, ey şirindəhan, Mən necə şirin dəhanı tərk edəm?

Nagəhan bustana girdim sübhdəm, Lalənin əlində gördüm cami-Cəm. Susən eşitdim ki, aydır dəmbədəm: Dəm bu dəmdir, dəm bu dəmdir, dəm bu dəm.

______________________Milli Kitabxana_______________________

Nari-eşqin şö’ləsindən yanmışam, Cigərim qanı ilə boyanmışam, Xandasan, ey Fəzli-zülərşi-əzim, Mən fəraqından zi-can usanmışam.

Həqqə səndən qoyma kim, dad eyləyəm, Ta əbəd səndən həqi yad eyləyəm, Sə’yini heç, umunu bad eyləyəm, Qəmdə yanan düşməni şad eyləyəm.

Üzünə cabbari-aləmdən salam, Olmasan, ey bədrsima, layənam, Çün camalın nəssidir, eyni-kəlam, Məzhəri-Allahü əkbərsən tamam.

Mənzili-Məhmud imiş ali məqam, Ol məqamı istə həqdən, vəssalam, Gərçi adıdır qəmər ayın müdam, Dolmayınca olmadı bədri-tamam.

Çün yazıldı vəchin üzrə bavü lam, Adəmi-xaki durar kövneynə cam. Sivü dü nitqi-ilahidir kəlam, Kim ki, bildi nitq, həqq oldu tamam.

Fəzli-bismillahir-rəhmanir-rəhim, Surətin lövhündə yazmışdır qədim. Həqqi-mütləq sənsən, ey Fəzli-əzim, Ey üzü cənnatü firdövsi-nəim.

Var üzündə bistü yek hərfi-qədim, Çün üzün oldu siratül-müstəqim, Əbcədü taha üzün ərşi-əzim, Surətin lövhündə həq oldu müqim.

Gözlərin əsrarını faş eylərəm, Gör nə meydən içərəm, aş eylərəm, Görməyən həqqi adın daş eylərəm, Arifə təhsinü şabaş eylərəm.

______________________Milli Kitabxana_______________________

Yara hər saət salam olsun, salam, İşrətü eyşi müdam olsun, müdam, Yarsız söhbət haram olsun, haram, Yara bu mə’na tamam olsun, tamam.

Olmadı çün həqqə iqrarın bütün, Oldu anlardan məgər layövqünün, Bilmədin çün həqdə vavü mimü nun, Tənciyə varsa gərəksə tünbətün.

Ey özündən bixəbər qafil, oyan! Həqdən olma yadü həm batil, oyan! Olma fani aləmə mail, oyan! Mə’rifətdən nəsnə qıl hasil, oyan!

Ey dolu səndən cahan, səndə cahan, Həm cahanın eynisən, həm cismü can, Qaşların hərfində oldu kün-fəkan, Səndən oldu hər nə kim, oldu əyan.

Ey üzün bağında sünbül laləçin, Arizin güldür, saçındır mişki-Çin. Ey özün doğru, hədisin cümlə çin, Düşdü ənbərçin saçından mişkə çin.

Pərdədən mahi-tamam oldu əyan, Qibləvü beytülhəram oldu əyan, Sufiyə mey ver ki, cam oldu əyan, Zöhd imiş sevdayi-xam, oldu əyan.

Canımı yandırdı şövqün, qandasan? Bundasan, mə’nidə, gərçi andasan. Ey qəmərüzlü, məhi-tabəndəsən, Gəl ki, şəksiz baqiyü payəndəsən.

Məğribü məşriqdə həqdir söyləyən, Qanı bir aşiq bu gün həq istəyən? Həqq əyan olduvü həqqi görməyən Oldu şeytan, adəmi həq bilməyən.

______________________Milli Kitabxana_______________________

Həq təcəlli eylədi Musa üçün, Həm Əristalisü Busina üçün. Ey könül, sən huri-məhsima üçün, Səcdə qıl, şol qaməti bala üçün.

Həq-təala pərdəsiz oldu əyan, Sur uruldu suri-İsrafil oyan. Ey üzün həqdən otuz iki nişan, Müshəfin əsrarını qıldı əyan.

Gər səni sən tanımışsan bigüman, Səndədir həq, sən də gör həqqi əyan, Ruhi-qüdsün nəfxəsindən yə’ni can, Cavidan ol, heyyü heyyi-cavidan.

Gər sən istərsən həqi bilmək yəqin, Gəl Nəsimidən apargil rəh bədin, Tə’vil eylə ayəti-Turü sinin, Gər olam dersən min əshabül-yəqin.

Müddəti-hicrində oldum pir mən, Bulmadım heç növ ilə tədbir mən, Ey gözüm nuru, sən olsan bir mən, Eyləsəm əhvalımı təqrir mən.

Həmdülillah, yarımın gördüm üzün, Dilruba dildarımın gördüm üzün, Türrəsi tərrarımın gördüm üzün, Gözləri məkkarımın gördüm üzün.

Həşri-məqsudi-xəlayiq ya əmin, Fəzli-həqdir rəhmətən-lilaləmin, Fəzləhü vəlqüvvəti-həblülmətin, Yutiyə min yəşa ələl-yovmədin.

Çünki həqqi görmüşəm eynül-yəqin, Olmuşam elm ilə həm elmül-yəqin. Həqq ilə çün vasil oldum mən yəqin, Tanıdım, bildim səni həqqül-yəqin.

______________________Milli Kitabxana_______________________

Əlləməl-əsma ibarətdir nədən? Sureyi-taha işarətdir nədən? Adəmi-xaki kinayətdir nədən? Lövhi-məhfuzi bəşarətdir nədən?

Ey günəş, mən bundayam, sən andasan, Taqətim sənsiz kəsildi, qandasan? Şol günəş rüxsara, ey məh, bəndəsən, Sən ana ta bəndəsən, tabəndəsən.

Həqdən agah ol ki, həqdir cavidan, Həq buyurdu min əleyha küllə fan. Qoy cahanı, gəl ki, fanidir cahan, Gör necə hər gün keçər bu karivan.

Çox xəlayiq gəldivü keçdi zaman, Dedilər ki, bir söz vardır nihan. Gəldi Fəzlullah imami-qeybdan Küntə kənzin sirrini qıldı əyan.

Həq götürdü pərdəyi, oldu əyan, Suruna urdu dəm Israfil, oyan. Ey boyun həqdən otuz iki nişan, Müshəfin əsrarını qıldım bəyan.

Gər dilərsən xaliqi etmək əyan, Hərfi sözsüz necə eylərsən bəyan? Hərfdən özgə xaliqə yoxdur nişan, Gər tapıbsan, gəl, bəyan eylə rəvan.

Fəzli-həqdir cümlə əşya yaradan, Bilmədi şeytan qaçdı aradan, Qılmaz idi adəmə səcdə nədən, Adəm idi leyk çün sahibbədən.

Necə kim, ögüt verirəm dilə mən Kim, cahanı yardan özgə diləmən, Gər dilim, yar, qeyrinə meyl eyləsə, Öz dilim ilə dilimni diləmən.

______________________Milli Kitabxana_______________________

Ey könül, hər yana pərvaz eyləmə, Çün kəbutər tö’meyi-baz eyləmə, Kimsənin sirrini kimsə saxlamaz, Dəgməyi sən məhrəmi-raz eyləmə.

Həqqi batil sanma, həq yoxdur demə, Rəbb mənəm, rəbbül-fələq yoxdur demə. Yazıçı, yazu, vərəq yoxdur demə, Şəm’i yandırma, qəsəq yoxdur demə.

Qandadır yar, ey könül, yar istəmə, Çün vəfa yoxdur, vəfadar istəmə, Dünyada kim der vəfa var, istəmə, Çün vəfası yox, vəfavar istəmə.

Can fəda, canlar fəda ənfasına, Səcdə qıl çünkim, demiş balasına, Düşdü aləm nəfsinin qovğasına, Cahil irməz zülfünün yektasına.

Qaşü kirpik yeddi oldu saç ilə, Həq kitabı uşbu babdan açıla. Çünki bu sirr kəşf oluban saçıla, Məğbun ola ol bu təhlu xaç ilə.

Oldu çün dövlət müyəssər başına, Yaraşır zərrin küləhlər başına. Dövləti-həq endi əfsər başına. Həm fəda min taci-qeysər başına.

Mə’rifət kəsb etmədin sən fanisən, Bir-iki gün dünyanın mehmanisən, Həqqi bilsən aləmin sultanisən, Bilməsən xud div ilə şeytanisən.

Munca huvü hayümunca hayü hu Üç arıq oğlaq imiş içi quru. Gərçi oldu bəxşişin adı ulu, Bağrımı qıldı bu bəxşiş yaralu.

______________________Milli Kitabxana_______________________

Aşiqindir yerü göy, şəms ilə mah, Həq desəm gər hüsnünə, olmaz günah. Sirrini səndə nihan etdi ilah, Kəndözün bil kim, olasan padişah.

Gər irəsən surətin mə’nisinə, Biləsən surət nədir, mə’nisi nə. Əhli-mə’ni şişəsinə atma daş, Heyf ola kim, şişeyi-mə’ni sınə.

Əslini qoydum yapışdım fər’inə, Fikr qıldım mən Cəlilin sün’inə. Bu vücudi-pakdan qıldım sual, Bu sualın əsli sənsən, fər’i nə?

Üç əlif bir eyn ilə yazdım belə, Üç əlif bir eyn ilə gəlməz dilə. Üç əlif bir eyn ilə gəlsə belə, Müstəid arif gərək anı bilə.

Mən kəbutər görmədim kim, baz ola, Hüsn içində dər-cahan şahbaz ola, Sən təki kimdir cahanda bir dəxi, Gəh kəbutər dər-cahan, gəh baz ola.

Rəşk edər mahi-münəvvər alnına, Müştəri can ilə çakər alnına. Şərh edib olmaz bərabər alnına, Gər enə xurşidi-xavər alnına.

Bir xəyal etdim gümandır belinə, Dedi kim, muyi-miyandır belinə. Aşiqəm munca zamandır belinə, Can dilərsən dərmiyandır belinə.

Ey qəmər zülfün şəbində rusiyah, Mehri-rüxsarın qatında tirə mah. Keçməyən eşqində ömr oldu təbah, Taətindən özgə taətlər günah.

______________________Milli Kitabxana_______________________

Ey üzün ümmül-kitabü fatihə, Qaşların vəhyü xitabü fatihə, Saxlamış mahı niqabü fatihə, Canfəza lə’lin şərabü fatihə.

Canımın lə’lin meyidir cam ilə, Zülfü xalın danəsidir dam ilə. Mən zamanı bulməzam əyyam ilə, Vahidəm şol zati-biəncam ilə.

Düşmüşəm məstanə eynin alinə, Canfəza gülgün yanağın ali nə? Ey çəkən barmağı ayın alinə, Oldu hüsnün fitnə yasin alinə.

Səcdə eylər üzünə mehr ilə mah, Mişki-Çin saçından oldu rusiyah. Ərşi-rəhmandır üzün, həqdir güvah, Xubluğun Misrində sənsən padişah.

Fəzl rəbbi-zülcəlal oldu bizə, Möhsünü hüsnü camal oldu bizə. Atamız sahibkamal oldu bizə, Anamız südü halal oldu bizə.

Məscidü meyxanə bir oldu bizə, Div ilə şeytan əsir oldu bizə, Qəm fərəh, tikən hərir oldu bizə, Dilbərin eşqi əmir oldu bizə.

Verməmək dil dilbərin geysusuna, Sığmaya aşiqlərin namusuna. Sər fədadır fitneyi-cadusuna, Can dəxi qurban kaman əbrusuna.

Yarını heç vəqfi-əğyar eyləmə, Div ilə ulaşma, bazar eyləmə! Həqdən özgə sən sana yar eyləmə, Əhsəni-təqvimə inkar eyləmə!

______________________Milli Kitabxana_______________________

Ey saçın buyu Məsihanın dəmi, Fitnəyə hüsnün buraxdı aləmi. Küntə kənzin sirridir, eşqin qəmi, Olmadı şeytan bu sirrin məhrəmi.

Ey qəmər təl’ətli şəmsi-xavəri, Rövzə üzündür, dodağın kövsəri. Gər səni görsəydi duşunda pəri, Oda salaydı otuz iki pəri.

Ey qaşınla kirpigin, zülfün yedi, Ol yedi kim, şeytan anı bilmədi. Həq bu sirri Əhmədə kəşf eylədi, Anın üçün adını ümmi dedi.

Həq siyam ayın bizə id eylədi, Hər nə kim, həq eylədi, cid eylədi. Kim ki, həqqi didü vadid eylədi, Adını həq əhli-tövhid eylədi.

Həq dedi kim, yer yedivü göy yedi, Laməkan təxtində gizlidir yedi. Gizlü adəmdə əyan oldu yedi, Dörd yedi bir gəz nədən oldu yedi?

Zülfi-ənbərsaya verdim könlümü, Lə’li-ruhəfzaya verdim könlümü, Qaşıtək sevdaya verdim könlümü, Gör nə möhkəm yaya verdim könlümü?

Şol boyu rə’naya verdim könlümü, Şol gözü şəhlaya verdim könlümü, Şol günəşsimaya verdim könlümü, Şol üzü çün aya verdim könlümü.

Nagəhan bir aya verdim könlümü, Can ilə yəğmaya verdim könlümü, Hüsnü bihəmtaya verdim könlümü, Müntəha balaya verdim könlümü.

______________________Milli Kitabxana_______________________

Surətin müshəfdir, ey can parəsi, Cana kar etdi fəraqın yarəsi, Lütfü hüsn ol müshəfin separəsi, Qandadır vəslin dəvası, çarəsi?

Gəl bu gün işrət günüdür, al meyi, Daima nüql eylə, görgil almayi, Qamusunun xisləti birdir, vəli, Müstəidlər fərq edərlər al meyi.

Adəmə gəl, adəmi bil, adəmi, Adəmi olanların budur dəmi, Bu dəmin damındadır damın dəmi, Həq rüxün ruhu dedi, nə adəmi.

Cümlə mövcudata illətdir üzü, Əslü fər’ü dinü millətdir üzü, Uş sifatü zati-izzətdir üzü, Kainata nuri-rəhmətdir üzü.

Sureyi-əsrada gördüm üzünü, Müntəha balada gördüm üzünü, Sureyi-tahada gördüm üzünü, Əlləməl-əsmada gördüm üzünü.

Həq mana bir xirqə biçdi kəndözü, Oldu pünhan xirqə içrə kəndözü, Həqqə mən bir ayətəm həqkən düzü, Həqqi həq həq zahir etdi kəndözü.

Ey mənim könlümnü alan gözləri, Ey mənim bağrımnı dələn sözləri, Mən şikayət kimdən edim, ey həbib, Özləridir, özləridir, özləri.

______________________Milli Kitabxana_______________________

Surətinə kim ki, baxdı sərsəri, Şah əlindən qaçan içər kövsəri? Ey pəri siminbəri, bir bax bəri, Çəkmə aşiq üstünə qəmdən çəri.

Bir əcaib şaha verdim könlümü, Bədr üzlü maha verdim könlümü, Ta ki, Fəzlullaha verdim könlümü, Bigüman Allaha verdim könlümü.

Gözləri pürxaba verdim könlümü, Ləbləri qüllaba verdim könlümü, Ol üzü məhtaba verdim könlümü, Öz-özüm qərqaba verdim könlümü.

Ey könül, Mənsur ənəlhəq söylədi, Həqq idi, həqqi dedi, həq söylədi, Mə’rifət sirrini mütləq söylədi, Arif amənna vəsəddəq söylədi.

Dilbərim rindanə geymiş çəkməni, Tut əlimdən otağına çək məni. Həsrətindən olmuşam öylə zəif, Firqətindən çaha düşdüm, çək məni.

Kim ki, bilməz öz vücudi-zatını, Sormagil andan anın isbatını. Oynamaz şətrənci-eşqin atını Bilməyən bu zövqi-eşq şahmatını.

Mə’rifət əhlinə həq bina dedi, Vəlləzinə cahüdü finna dedi, Sən səni, kəndi vücudün görmə xar, Həq sənin şə’nində kərrəmna dedi.

______________________Milli Kitabxana_______________________

Ey ləbin vəsli həyati-sərmədi, Xəttü xalındır camalın əbcədi, Kirpik ilə zülfü qaşındır yedi, Ol yedi kim, Əhmədi məst eylədi.

Surətin lovhündə xətt oldu yedi, Fəzli-həqdən bizə kəşf oldu yedi, Qaimü daim üzündür sərmədi, Həq kitabıdır camalın əbcədi.

Ta ki, yarın söhbəti şirin idi, Lacərəm könlüm ona şirin idi, Aşiqü mə’şuqəm ol məhbub idi, Eylə kim, Fərhad ilə Şirin idi.

Bir bölük fəxr əhli gördüm, yar idi, Yar idi, məqsudları didar idi, Yarəli xatırlarında yar idi, Yar idi, hicranda ağlarlar idi.

Ey üzün ol lövh kim, məhfuz idi, Hər zaman bir növ ilə məlfuz idi. Ənbiya bu nöqtədən məlfuz idi, Bu xəbər Iblisdən məhfuz idi.

Kim ki, həqdən tutmadı pənd, ey kişi, Önmədi həqdən onun hərgiz işi, Adı nə erkəkdir anın, nə dişi, Çeynəsin barmağını anın dişi.

Adəmi fəzli-xuda bil, adəmi, Kainata kəndxuda bil adəmi, Sən dirəxti-müntəha bil adəmi, Sahibi-ərzü səma bil adəmi.

______________________Milli Kitabxana_______________________

Gözlərilə yıxdı şol gözlər məni, Kirpik oxun gizlərü gözlər məni. Gözünə netdim mən, ey arami-can, Durmadan qaşına yavuzlar məni.

Qamətin qəddi qiyamət eylədi, Gör bu qəddi ki, nə qamət eylədi. Kə’bədə hər dəm iqamət eylədi, Gözlərin ana imamət eylədi.

Kim əliftək vahidü fərd olmadı, Bəlkə namərd olduvü mərd olmadı,. Həq yolunda hər ki, ol gərd olmadı, Döydüyü cüz ahəni-sərd olmadı.

Görmüşəm hər yerdə həqqi-mütləqi, Gər deyilsən laşə itirmə həqi. Kim ki, həqqi bilmədi, oldu şəqi, Gör ki, tufan oldu istə zövrəqi.

Firqətin dərdi mana kar eylədi, Canımı yandırdı, əfkar eylədi. Gəl ki, şövqün halımı zar eylədi, Aləmi sənsiz mana dar eylədi.

Qaf vəl-Qur’an ol mahın üzü, Görməsin yavuz göz ol şahın üzü, Fani olmaz hərgiz Allahın üzü, Halik olsun divi-gümrahın üzü.

Kaf ilə nundan yaratdı aləmi, Ərbəin gündə yoğurmuş Adəmi. Dəm bu dəmdir, dəm bu dəm, bil bu dəmi, Adəmə vurdu bu dəmdən həq dəmi.

______________________Milli Kitabxana_______________________

Qandasan, ey yürəgimi yarıcı, Qanda olsan Tanrı sana yarıcı. Mən qulam, hər dəm tapuna varıcı, Üz urub, qılıb dua yalvarıcı.

Könlüm oldu eşqinin avarəsi, Qəmzənin getməz cigərdən yarəsi. Dərdimə çox istədim dərman, vəli Yox imiş lə’lindən özgə çarəsi.

Kirpiyin qaşınla zülfündür yedi, Yer yedivü göy yedi, sən də yedi. Nə səbəbdən həftənin adı yedi, Bunda hikmət vardır, müshəf yedi.

Kim ki, əsrari-Nəsimi bilmədi, İzzəti-fəzli-Nə’imi bilmədi, Divi-dun oldu, əzimi bilmədi, Məzhəri-zati-qədimi bilmədi.

______________________Milli Kitabxana_______________________

______________________Milli Kitabxana_______________________

______________________Milli Kitabxana_______________________

Lüğət: Müştaq – Həvəskar; İstiva – Ekvator xətti; Ənbiya – Peyğəmbərlər; Münəvvər – Nurlu; Afitab – Günəş; Yövmül – hesab – Hesab günü, qiyamət günü Z; Məstur – Gizli; Məxmur – Sərxoş, xumar; Qəmər – Ay; Rövşən – Işıqlı; Məlik – Padşah; Sidrə – Lotos; Əsrar – Sirlər; Həbib – Dost, sevgili; Kənz – Xəzinə; Müstəhlik – Ödənilmiş; Məhv edilmiş; Ənvar – Nurlar; Şəst – Altmış; Şətrənc – Şahmat; Haziq – Bilici, təcrübəli; Qövl – Qohum; Şol – O; Payan – Son; Xüsran – Ziyan, ölüm İ; Bədri – müəmməm – Əmmaməli ay; Gənc – Xəzinə; Zərq – Hiylə, yaltaqlıq; Darül – qürur – Qürur evi –Bu dünya mənasında; Xurşid – Günəş; Nur – İşıq; Səid – Xoşbəxt; Nəfsi – şum – Uğursuz nəfs; Bəid – Uzaq; Dud – Tüstü; Yey – Yaxşı; Gəz – Uzunluq ölçüsü; Dəfə ______________________Milli Kitabxana_______________________; Kibr – Lovğalıq, təkəbbür; Yəzdan – Allah; Sərir – Taxt, yataq; Leyl – Gecə; Rövzə – Bağ; Bistü – həşt – Iyirmi səkkiz; Əksi – Nöqsan; Müshəf – Kitab; Əsma – Adlar; Cami – müsəffa – Saf şərab; Dil – Ürək; Dana – Bilici; Hidayət – Doğru yolda rəhbərlik; Dur – Uzaq; Təcəlli – Əzəmətli zühur etmə; Bala – Hündür, uca; Sər – Baş; Tir – Ox; Nar – Od; Naci – Qurtulmuş; Zəmir – Ürək, can; Ləmyəzəl – Əbədi, ölməz; Bəhr – Dəniz; Üqba – O dünya; Nəsnə – Bir şey; Bidad – Zülm; Tən – Bədən; Xəmr – Şərab; Səlat – Birləşmə, əlaqə; Dua; Mar – İlan; Vərd – Qızılgül; Ariz – Üz; Yarın – Səhər; Məxzən – Xəzinələr; Şümar – Say T; Cüda – Ayrı; Dəndan – Diş; Zində – Diri; Kəlamüllah – Allah sözü; Nüktə – İncə söz, fikir. Ö; Cərəs – Zınqırov; Gümrah – Yolunu azmış; Üşşaq – Aşiqlər V; Qutlu – Xoşbəxt; Nam – Ad; Xar – Tikan; Laf – Cəfəngiyyat; Xirqə – Zahidlərin geydiyi qaba paltar; Zünnar – müsəlman dövlətlərində yaşayan xristianların bağladığı qurşaq; Sevda – 1. Öd, 2. Məhəbbət; Mahi – Balıq; Şir – 1. Süd, 2. Şir; Təvaf – Kəbənin başına dolanmaq; Təzvir – Hiylə; Şirk – Çoxallahlılıq; Dəni – Alçaq; Nəmək – Duz; Tövhid – Birlik; Məani – Mə’nalar; Taət – Din və dünya qaydalarına itaət etmə; Sağər – Badə; Ərğəvan – Ərğəvan (al qırmızı rəngli gül); Xüld – Əbədiyyət, ölməzlik; Ziba – Gözəl; Əhmər – Qırmızı; Seyd – Ov; Müsəxxər – Fateh; Ləşkər – Qoşun; Ənbərəfşan – Ənbər saçan; Müəlləq – Asılmış; Hərgiz – Hələ; Laməkan – Məkansız; Riştə – Ip, sap; Mürdə – Ölü; Didar – Görüş; Bibədəl – Əvəzsiz; Cəmil – Gözəl ______________________Milli Kitabxana_______________________; Münfəil – Pərt olmuş, utanmış; İxlas – Səmimilik; Layəzal – Ölməz, əbədi; Şəhd – Bal; Sayru – Xəstə; Tanıq – Şahid; Müğləq – Aydın olmayan; Rizvan – Cənnət; Bürhan – Dəlil, sübut; Ayruq – Ayrı B; Övraq – Vərəqlər P; Dəhan – Ağız; Bad – Külək; Firdövs – Cənnət; Müqim – Sakin; Təhsin – Yaxşılaşdırma, bəyənmə; Zöhd – Asketizm; Təqrir – Təsdiq etmək; Pərva – Qorxu; Raz – Sirr; Eyn – Göz; Çakər – Nökər; Miyan – Orta, ara; Dam – Tələ; Güvah – Şahid; Siyam – Orucluq; Yəğma – Qarət; Kar – İş; İllət – Səbəb, xəstəlik; Çəri – Qoşun D; Pürxab – Yuxulu; Bina – Gözlü; Qaim – Möhkəm; Lacərəm – Istər-istəməz; Əlbəttə;Buna görə; Pənd – Nəsihət; Ahən – Dəmir; Laşə – Leş; Şəqi – Bədbəxt; Dar – Ev; Dun – Alçaq

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.