Gəl, ey səsimə səs verən
Şeytan səni çaşdırmasın, Baş vurma çaş dərgahına. Min çayın suyu bağlanar, Gözündə yaş dərgahına.
Əldən yapışsın əl, gedək, Biz hamıdan əvvəl gedək. Durma ayaqda, gəl gedək Tanrının baş dərgahına.
Gəl, ey səsimə səs verən, Ruha qanad, həvəs verən. Gedək, şeirə nəfəs verən Hacı Bəktaş dərgahına.
2003, 1 iyun