Əsas məzmuna keç

Heca şeiri

Gəl

Zəlimxan Yaqub

1

Gözüm yollarda qaldı, Səbrim daralmamış gəl. Aydınlığı sevirsən, Hava qaralmamış gəl.

Oxuyub ozan ollam, Bəxtini yazan ollam. Gec gəlsən, xəzan ollam, Rəngim saralmamış gəl.

İşıq olum rənginə, Səs olum ahənginə. Əcəl çəkib cənginə, Məni yer almamış gəl.

2006, 22 avqust

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.