Gedim
Gur bulaqlar, insafdımı, Sizi yalqız qoyum gedim. İstəyirəm zərrə-zərrə Gözəlliyi duyum gedim.
Açılsın göylərin qolu, Sel tərpətsin sağı, solu. Çaxsın şimşək, yağsın dolu, Çıxsın burda suyum, gedim.
Dağlar olub babam, nənəm, Qoynunuzda hər gün şənəm. Təbiətin acı mənəm, İnanmıram doyum gedim.
1977, 20 iyul Qubadlı