Gedibdir
Getmə, dayan, səndən bir xəbər alım, Ol nədir kim, övcdən övcə gedibdir? Neçəsi peyğəmbər, neçəsi Cəmşid, Neçə seyid, neçə xoca gedibdir?
Haqq özü yaratdı bir yetim qızı, Gecə taətində, gündüz namazı, Hər dəm, hər dəm edib sirri-niyazı, Xəbər vergil, hansı gecə gedibdir?
Ol kimdir ki, varıb dünyanı çapdı? Ol kimdir ki, islam dinini tapdı? İbrahim hansı il Məkkə düzəltdi? Dağlardan hansı dağ həccə gedibdir?
Məxdumqulu haqqa qul, rəsula ümmət, Möminlər şükr edib, Yezidə lənət, Peyğəmbər sərvəri rəsul Məhəmməd, Məhəmməd haçan meraca gedibdir?