Əsas məzmuna keç

Qoşma

Gedibdi

Aşıq Ələsgər

1

Eşidin, məclisdə arif olanlar, Sərrafam, gövhərim, kanım gedibdi. Ah çəkibən, yar yoluna baxmaqdan, Yəqin bilin, yarı canım gedibdi.

Nazik barmaqlıdı, şümşad əllidi, Ayna qabaqlıdı, siyah tellidi, Şəkər söhbətlidi, şirin dillidi, Tuti kimi xoş zəbanım gedibdi.

Müddətdi gözümdən olubdu iraq, Əridib ürəymi dərdü qəm, fəraq. Büllur buxaq, lalə yanaq, ay qabaq, Ala gözlü Səhnəbanım gedibdi.

İş sənə agahdı, qadir İlahi! Eşq əlindən itirmişəm irahı. Ələsgərəm, budu sözün kütahı, Yar gedəndə din-imanım gedibdi.

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.