Əsas məzmuna keç

Qoşma

Gedib, gedəcək

Məxdumqulu Fəraqi

1

Dostlar, bu dünyaya yoxdur ixtiyar, Kim gəlibsə, hamı gedib, gedəcək. Xoş keçir kimiyə, kimi ahü zar, Qara yer hamını udub gedəcək.

Kimilər qocadır, kimilər yaşdır, Kimilər varlıdır, kimi qəllacdır, Məhşərə üz tutan bir ulu köçdür, Hamımıza əcəl yetib gedəcək.

Fələk bir baqqaldır, dünya bir bazar, Kimi yaxşı yolda, kimilər azar, Kimilər Allahdan qılmazlar həzər, Kimi haqq buyruğun tutub gedəcək.

Kimilər baxşıdır, kimi molladır, Kiminin dilində ismi-Allahdır, Hamısına ulu tanrı mövladır, Kimi şeytan sözün bitib gedəcək.

Məxdumqulu, ümid etmək xudadan, Yalvarmaq gədadan, əfv etmək şahdan, Xeyir yoxdur sənə masəvalladan, Kimi oyaq, kimi yatıb gedəcək.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.