Gedəsidi
Ah çəksəm, canımdan tüstü qalxacaq, Ağlasam, gözümdən yaş gedəsidi. Sellərə döndüsə gözümün yaşı, Önündə dağ uçub, daş gedəsidi.
Ruh kimi ucadı Haqqa baş əyən, Şeytandı ürəyin xətrinə dəyən. Dünyaya ürəyi dolu gəlməyən, Dünyadan ürəyi boş gedəsidi.
Bu dünya həmişə qan-yaş meydanı, Vuruşma, çarpışma, savaş meydanı. Əlindən verdinsə bu baş meydanı, Bədənin üstündən baş gedəsidi.
2006, 12 may