Əsas məzmuna keç

Heca şeiri

Gedərsən

Zəlimxan Yaqub

1

İnsan oğlu, iki yol var qarşıda, Bir gün toya, bir gün yasa gedərsən. Səhərindən axşamına dünyanın, Gözdə eynək, əldə əsa gedərsən.

Səksən yaşa, doxsan yaşa, yüz yaşa, Bitər bir gün sən baxdığın tamaşa. Yer üzünü dolansan da baş-başa, Qəbir evinə yolu qısa gedərsən.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.