Əsas məzmuna keç

Qoşma

Gedərəm

Zəlimxan Yaqub

1

Dünya bir bulaqdı, qaynar bir bulaq, Su qalar, gözündən içib gedərəm. Dünya bir körpüdü – tağsız, dayaqsız, Yeriyib üstündən keçib gedərəm.

Zaman mənə baxmaz, çağ mənə qalmaz, Solar çiçəkləri, tağ mənə qalmaz. Əlimlə saldığım bağ mənə qalmaz, Qurduğum yuvadan uçub gedərəm.

Vaxtın pəncəsində soyuyan qışam, Özü öz ömrünü şumlayan xışam. İsti bir beşikdə xumarlanmışam, Soyuq bir tabutda köçüb gedərəm.

2004, 2 noyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.