Əsas məzmuna keç

Qoşma

Gedər

Məxdumqulu Fəraqi

1

Adəm oğlu, fələk sənin Bir gün donun biçər gedər. Sənə vurar xəncərini, Qızıl qanın saçar gedər.

Gəzmə dünyaya meyl edib, Bihudə yerdə seyr edib, Səndən əvvəlkilər ötüb, Göz açıncan keçər gedər.

Ölsən, səni kim edər yad, Kişnər, qalar min bədəv at, Onu minən min qoç igid, Qara torpaq qucar gedər.

Dünyanın sonu bərbaddır, Binamazın yeri oddur, Ölüm bir acı şərbətdir, Hər kəs ondan içər gedər.

Könül deyər ki, ölməsən, Məzarda tənha qalmasan, Tanrıya doğru olmasan, İman səndən qaçar gedər.

Məxdumqulu, bu nə vaydır, Nə əcəb karvansaraydır, Dünya bir qəhbəyə taydır, Bir gün səni qucar gedər.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.