Gedər
Könlüm, ağır tut özünü, Fani dünya ötər gedər. Hər kim qədəmin düz qoysa, Güzərdən bixətər gedər.
Bilsən, xoş göftar açginən, Bilməsən, əm-səm keçginən, Söz yarasından qaçginən, Tiğ yarası bitər gedər.
Əsli yada çəkmə cəfa, Bədəsildən yoxdur vəfa, Bir adam olsa nasəfa Abırını tökər gedər.
Yoldaş olsan kişi ilə, Qulluq eylər başı ilə, İşə girsən naşı ilə Dağa-daşa atar gedər.
Məxdumqulu, getsən bundan, Xeyir-şər sorarlar səndən, Şirin can ayrılsa təndən, Qum-toprağa batar gedər.