Əsas məzmuna keç

Qoşma

Gedər

Zəlimxan Yaqub

2

Zaman-zaman dünya durar yerində, Ömrümüzdən ömür gedər, gün gedər. Tapılanlar itənləri ödəməz, Bir taparıq, əlimizdən min gedər.

Bəxti yatar zirvələrdən enənin, Qəlbi gülməz haqdan üzü dönənin. Od-ocağı qaralanın, sönənin, Qəbrə kimi ürəyində kin gedər.

Saç ağarar dərdli başın əlindən, Zülüm çəkər gözlər yaşın əlindən. Vətən getsə Vətəndaşın əlindən, İnsaf gedər, iman gedər, din gedər.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.