Əsas məzmuna keç

Qoşma

Gedəndə

Zəlimxan Yaqub

1

Qəlbi gizli-gizli yandırar-yaxar, Cavanlıq yan düşüb əldən gedəndə. Güldə güllük qalmaz, düzdə gözəllik, Baharın qoxusu güldən gedəndə.

Ha çalış, geriyə fırlanmaz təkər, Ömrə payız gəldi, qaranlıq çökər. Təbiət ağlayıb göz yaşı tökər, Yaşılbaş sonası göldən gedəndə.

Zəlimxan, itirmə vaxtı, vədəni, Anla ağsaqqalı, tanı gədəni. El yadda saxlamaz evdən gedəni, İnsan əzizlənər eldən gedəndə.

1972, 31 avqust

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.