Gəda
Sən şəyirdsən, hey deyirlər: Dərs al ərkandan gəda! Həqiqətdən dişarısan, Keçirsən yandan, gəda! Aşıq isən, saz çalırsan, Şər ilə işin nədi?! Dəryalardan xərac alan, Həya qıl kandan, gəda! Səyyad isən seyrə çıxsan Gəşt elə dağlara sən, Eşq əhlisən axtargınan Yetişəsən yara sən. Yar həsrəti candan getsin Getsən hər diyara sən. Arı təki hey sızılda, Şirə çək şandan, gəda! Ələsgərdən kənar hərrən, Səni salar əngələ. Yenə dağlar nalə çəkir: Çisgin gələ, çən gələ. Əzrayil bir nər kişidi, Sinən çəkər çəngələ, Keçərsən xirdar əlinə, Addadar sandan, gəda!