Əsas məzmuna keç

Heca şeiri

Gecələrin sayı

Zəlimxan Yaqub

1

Neçə gündü içimdə bir qaranlıq gecə var, Üzünə daş yamanıb, doğmur Ayı, Günəşi. Heç özüm də bilmirəm burda nə bilməcə var, Elə bil söndürüblər qəlbimdəki atəşi.

Yol versin sinəsində yeriyəndə yer mənə, Axtarım öz ömrümün ulduzunu, ayını. Gülüşü güllər saçan gündüzləri ver mənə, Allahım! Çox eyləmə gecələrin sayını!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.