Əsas məzmuna keç

Gəraylı

Gec olacaq

Zəlimxan Yaqub

1

Bu çiçəyin qədrini bil, Solub getsə, gec olacaq. Qara yellər ağ gülləri, Yolub getsə, gec olacaq.

Öp bu çiçəyin gözünü, De bu çəmənin sözünü. Qoru bulağın gözünü, Dolub getsə, gec olacaq.

Haqqı bir bil, biri saxla, Ocağa dön, piri saxla. Zəlimxanı diri saxla, Ölüb-getsə, gec olacaq

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.