Füzuli – Sabir
Gözəlliyə, gözələ könlünü bağlayanda Füzuli “Heyrət” dedi. Millətinin halına güləndə, ağlayanda Sabirim “Qeyrət” dedi. Heyrət ilə qeyrəti yoğurdular, yapdılar. Bu ölümlü dünyada bir ölməzlik tapdılar! Hər biri bu həyatda həyat qədər qalası, Azərbaycan şeirinin Biri heyrət qalası! Biri qeyrət qalası!