Fələyidir
Sərimizə sevda salan, Gözəl haqqın fələyidir, Şeytan çıxar dinləməyə, Ulduzlar ona yağıdır.
Qələm yazanda sər xətti, Asi yazmış biz ümməti, Adəm atanın sülbəti, Yeddi yerin torpağıdır.
Əgər sözə versən qulaq, Fəriştələr durar lək-lək, Göy götürən səkkiz mələk, «La ilahə!» diləyidir.
Xəlil gəldi tiğ çəkməyə, Oğlunu qurban etməyə, Qoymayan qanın tökməyə Cəbrayılın yeləyidir.
Qurd ağlar Yaqub yanında, Düldül Əlinin şanında, İsa eşşəyin minəndə, Sığır Musa ulağıdır.
Tanrı yaratdı heyvanı, Behişt görməz məhşər günü, Səkkiz heyvanın məskəni Derlər: cənnət bulağıdır.
Əcəb mənzil, gözəl caylar, Gün qızdırmaz, batmaz aylar, Behişt otlağında yaylar, Hövzi-kövsər sulağıdır.
Nəmrud haqqı çox dışladı, Şəddad bir cənnət başladı,
Dörd yüz illikdə işlədi, Adı həm İrəm bağıdır.
Məxdumqulu, söz baqisi, Gözündə qəflət uyğusu, Qarşında əcəl səkisi, Qafil adam duzağıdır.