Əsas məzmuna keç

Qəsidə

Fələk hər dövrdə bir feyzi-hikmət aşikar eylər

Məhəmməd Füzuli

1

Fələk hər dövrdə bir feyzi-hikmət aşikar eylər, Təqalibi-zaman izhari-sün’i-Kirdigar eylər.

Qəradən ağı fərq etməz bu rəmzin bilməyən dəhrin Ki, niçün gəh nəhari leylü gəh leyli nəhar eylər.

Bəyaz üzrə səvadi-nüsxə kim əsrari-hikmətdir, Xirəd hər hərfini mənzuri-eyni-e’tibar eylər.

Əsiri-dərd olanlar ruzigarın inqilabından, Əgər sən həm tərəhhüm qılmasan tərki-diyar eylər.

Fələk dövranının əhvalinə vaqif olan arif, Təriqi-səbrü təslimü təvəkkül ixtiyar eylər.

Müqarin olsa asari-səadət tirə toprağə, Nəsimi-növbahar ol tirə toprağə güzar eylər.

Mücəlla eyləyib ayineyi-təb’in küdurətdən, Qılıb xürrəm, verib lütfi-təbiət laləzar eylər.

Verir hər xəstəyə əlbəttə dövrani-fələk dərman, Vəli bir qaç zaman bimari-dərdi intixar eylər.

Qılır hər namuradi aqibət məqsudinə vasil, Vəli bir neçə müddət zilli-hirman ilə zar eylər.

Zəmanə hər diyarə istəsə asari-əmniyyət, Ona sahibliva, bir sərvəri-rif’ətşüar eylər.

Qəza hər kişvərin əhlinə cəm’iyyət murad etsə, Ona əlbəttə bir danayi-kamil şəhriyar eylər.

Bihəmdillah bu gün bu mülkə salmış sayə bir adil Kim, onun nisbətilə izzü rif’ət iftixar eylər.

Sərəfrazi ki, feyzi-xakbusi-asitanından Enib hər dəm günəş kəsbi-ülüvvi-iqtidar eylər.

Səfayi-zikri-xaki-payidir ol seyqəli-rəhmət Ki, mir’ati-dili-əhbabdən rəf’i-qübar eylər.

Fələk məşşatəsi verdikdə ziybi-şahidi-dövlət, Onun mahi-livayi-rif’ətin ayinədar eylər.

Zəmanə inqilabından fərağət istəyən arif, Onun mə’mureyi-iqbalına hisni-həsar eylər.

Səmiyyi-Əhmədi-Mürsəl Məhəmməd bəy, o dəryadil Ki, mir’ati-dili-əhbabdən rəf’i-qübar eylər.

Əya sərdari-rövşənrə’y mülkaray, fərruxrüx Ki, hər mənsəbdə ismin iqtizayi-iştihar eylər.

Kəmali-mə’rifət hər xandavü hər dövrdə olsa, Səni sərdəftəri-ərbabi-təmkinü vüqar eylər.

Bu mülkə sayeyi-dövlət buraxmışsan bihəmdillah, Yeridir gər sənə mülk əhli can nəqdin nisar eylər.

Neçin kim zati-pakin məzhəri-feyzi-ədalətdir, Bu mülkün hər günün novruzü hər fəslin bahar eylər.

Məşahid rövnəqinə əzm qılmışsan, zəhi himmət, Bu himmətlə səni Xəllaqi-aləm kamikar eylər.

Şəhidi-Kərbəlayə su yetirmək qəsdin etmişsən, Səni əlbəttə aləmdə bu niyyət payidar eylər.

Sərəfraza, Füzuli xəstəyə bu mülki-qürbətdə, Sipehri-namüvafiq dövri cövri-bişümar eylər.

Əgərçi biqərar etmişdir ol biçarəyi möhnət, Bulub təmkin sənin zövqi-vüsalinlə qərar eylər.

Cəmii-xəlqdən qət’ eyləmiş sərrişteyi-ülfət, Əgər sən həm tərəhhüm qılmasan tərki-diyar eylər.

Sən ol pakizətəl’ət, afitabi-aləmarasan Ki, lütfün könlümü yüz məqsədə ümmidvar eylər.

Verir mədhi-şərifin cövhəri-göftarinə rövnəq, Sədəfdir qətreyi-barani dürri-şahivar eylər.

Qılır şəm’i-cəmalın nuri təb’i-tirəmi rövşən, Günəşdir səngi-bimiqdarı lə’li-abidar eylər.

Ümidim var kim, var olasan aləmdə qədr ilə, Qəza hər necə kim yoxdan cahan əhlini var eylər.

* * *

Lüğət: Kirdigar – Allah; Fərq – baş; Dəhr – zaman, dünya, aləm; Leyl – gecə; Bəyaz – ağ; Səvad – qaralıq; Əsrari – nihan – gizli sirlər; Xirəd – ağıl; Mənzur – nəzər olunan, baxılan; Vaqif – xəbərdar; Təriqi – hüda – hidayət yolu, doğru yol; Tirə – qaranlıq; Nəsimi – gülriz – gülləri tökən səhər küləyi; Təb – qızdırma; Xürrəm – şad, sevinc; Laləzar – laləlik, çəmən; Vəli – lakin; dost, xələf, mənəviyyatca Allaha yaxın; Zilli – hüma – hüma quşunun, dövlət quşunun kölgəsi; Hirman – məhrumiyyət; Zar – sızıldayan, ağlar, zəif; Sərvər – başçı; Kişvər – ölkə, məmləkət; Sayə – kölgə; Dəm – qan; zaman; nəfəs; ah; söhbət; Xaki – tirə – qara torpaq; Dili – tirə – qaranlıq könül, tutqun könül; Əhbab – dostlar; Qübar – toz, kədər; Məşşatə – gəlini bəzəyən qadın; Şahid – gözəl; şəhadət verən; Mahi – taban – parlaq ay; Hisni – pənahində – pənah qalasında; Dəryadil – geniş ürəkli, hövsələli; İqtizayi – ədl – ədalətin təqazası; Sərdəftər – giriş, müqəddimə; Əhli – raz – sirr əhli, sirdaş; Can – ruh, bədən; Məzhər – bir şeyin zahid olduğu yer; Payidar – davam edən, möhkəm; Qürbət – yaxın olmaq L; Sipehr – göy, səma; Afitabi – sübhi-məşhər – qiyamət səhərinin günəşi; Şərif – şərəfli, mübarək; Baran – yağış; Rövşən – işıqlı, aydın; Səngi – cəfa – cəfa daşı; Abidar – sulu, təzə; Qədr – dəyər, qiymət, məziyyət

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.