Fayda
Gəlsə novruz aləmə, rəng qılar cahan fayda, Əbrlər avaz vurub, dağ qılar duman fayda, Bicanlar cana gəlib, açarlar dəhan fayda, Göyərməyən bitkilər göyərib rəvan fayda, Edərlər heyvanata həm sudu ziyan fayda, Yer üzündə yayılıb, yürürlər nihan fayda, Vabəstə dəhan quşlar qılarlar zəban fayda.
Çöl tərəfın bərk edib, dər açar suya xərçəng, Zəmin səbzəvar olub, tənindən ayrılar zəng, Cünbəndələr məst olub, sanki içmiş araq, bəng, Hər əşyanın özünə öz avazı olar dəng, Səbzə içrə sanduvaç yüz dildə qılar ahəng, Zəmin xızırpuş olub, gül bitirmiş rəngbərəng, Xüruca gəlib aləm, qılarlar fəğan fayda.
Sürudi-səda birlə cahan üzü abaddır, Olma süruda məğrur, peymanəsi bərbaddır, Haq eşqində zində can, bilin, baqi həyatdır, Hər təndə eşq olmasa, ruzi-əzəl məmatdır, Yaz ötüncə yerü göy gündən-günə ziyaddır, Bir həşri-qiyamətdir, bir yövmi-ərasatdır, Dəhr içrə olar hər dəm cahan içrə can fayda.
Zərbaba zövqün olma, bəqa yoxdur dövlətdə, Ömrünü bada vermə, sən bu darül-möhnətdə, Yetər sənə tez, ya gec, nə yazılsa qismətdə, Canına cəfa edib, bunca gəzmə həsrətdə, Səvab yaxşı amalda, ya cud yaxşı niyyətdə, Aləm bütün xidmətdə, adəm yatıb qəflətdə, Hasilin atəş olar, eyləsən yaman fayda.
Məxdumqulu, ağlaram bu bəxti-siyahımdan, Qorxaram can afəti əl-ayaq güvahımdan, Ümidim hasil olmaz bu ömri-təbahımdan, Can yandı cəsəd içrə bu atəşi-ahımdan, Əlim açıb dilərəm hacətim Allahımdan, Bəndəyəm, ümidim çox ol kərəmli şahımdan, Eyləyər ərasatda gül kimi iman fayda.