Əsas məzmuna keç

Müxəmməs

Fatmanın

Aşıq Ələsgər

1

Tutubdu yer üzünü Bəhsi, sədası Fatmanın; Yayılıb günəş kimi Şoxu, ziyası Fatmanın; Qabiliyyət-mərfət verir Ata-anası Fatmanın; Bayramdan nişanadı Əldə hənası Fatmanın; Qaf dağının maralı Kürün sonası Fatmanın.

Bu gələn Fatmadımı? Hüsnünün cəlalına bax! Yanaqlar gül yarpağı, Zənəxdanın xalına bax! Dişləri dürr dənəsi, Ləblərinin balına bax! Geyinib zər-zibanı, Tirməsinə, şalına bax! Yaraşır qamətinə Cəmi libası Fatmanın.

Yaradan tay yaradıb Huriyə, qılmana, yəqin; Düşübdü yer üzünə Behiştdən nişana, yəqin; Hər kim görsə üzünü, Olacaq divana, yəqin; Baxanda ala gözlər Lərzə salır cana, yəqin; Qəsdi can almaqdımı, Nədi davası Fatmanın?!

Qadir mövlam bəxş eyləyib Dövlətü varından, gözəl; Buxağı ağ yaranıb Dağların qarından gözəl; Məmələri baş verib Behiştin narından gözəl; Yarı özünə layiq, Özü də yarından gözəl; Yetibdi mənzilinə Əhdə vəfası Fatmanın.

Saatın xoş vaxtında Xəlq eləyib kərəm kanı, Belə gözəl görməmişəm, Çox gəzmişəm bu dünyanı; Görərsə, camalını, Kafər də tapar imanı; Yazı Aşıq Ələsgər Olsun payının qurbanı; Dəysin şirin canına Dərdi, qadası Fatmanın!

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.