Fatehin ruhuna toxunardım
Ağrılarım sovuşdu, çıxdı canımdan qada, Ən uca sevgilərlə çatdı İstanbul dada. Tanrıdan oldu hörmət, Allahdan oldu yardım, Elə bil öz əlimlə özüm sinəmi yardım. Küt ağrılar önündə tükənsəydi taqətim, Böyük Fateh Əhmədin Qüruruna, qəlbinə, ruhuna toxunardım!
2009