Əsas məzmuna keç

Qoşma

Faciəsidi

Zəlimxan Yaqub

1

Qocaman palıdlar çox gözəl bilir, Hər şimşək bir dağın faciəsidi. Açılmaz çiçəyi, ballanmaz barı, Qırılmaq budağın faciəsidi.

Durmaz qabağında tufanın, yelin, Ağzında yem olar hər daşqın, selin. Şil olmaq adamın, qul olmaq elin, Kül olmaq ocağın faciəsidi.

Fəlakət istər ki, asdıra, asa, Boyu görünənin başından basa. Qara gün ağ günün döndərər yasa, Hər qara bir ağın faciəsidi.

Havalar soyuqdur, aralar sərin, Güllələr qansızdı, yaralar dərin. Qandal ayaqların, buxov əllərin, Qıfıllar dodağın faciəsidi.

Birinin yerində beşi yoxdusa, Gülləyə verməyə döşü yoxdusa, Yolunda ölməyə kişi yoxdusa, Vətənin, torpağın faciəsidi!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.