Əzizlənə
Tez gəlib çıxasan, bəzənə dünya, Eşqinlə açılan gül əzizlənə. Mehriban danışan, şirin dillənən, Sözümə bal qatan dil əzizlənə.
Bağlana varlığın yurda, həyata, Arzular yetişib mənzilə çata. Sevincin könlündə gur ocaq çata, Köz dəmə düşəndə kül əzizlənə.
Öz əlin yoğura, öz əlin yapa, Düşə qaydasına iynədən sapa. Görüşə gəldiyin gün şöhrət tapa, Ay bəxtəvər ola, il əzizlənə.