Əzilmə
Leş olub əlini, qolunu sallama, Yaş olub yanaqdan süzülmə, süzülmə. Gövdəni əzərlər, kökünü kəsərlər, Ruhundan, kökündən üzülmə, üzülmə. Əzilən kim olsa, axırı puç olar, Əzilən kim olsa, varlığı heç olar. Əzilən kim olsa, qazancı köç olar, Əzilmə! Əzilmə! Əzilmə! Əzilmə!