Əsas məzmuna keç

Müləmmə

Eyyühər-rağıbunə fil övqat

İmadəddin Nəsimi

1

Eyyühər-rağıbunə fil övqat, Üzküruha fəma məza qəd fat.

Foti fersət məkon ki, vəqti səfast Ki, bəsi həst dər cəhan afat.1

İrdi bir dəm ki, bəhcətindən anın Səkkiz uçmağa döndü altı cəhat.

İş kəma aşə aşiqü mə’şuq Tarətin-nəfsü tabətil-ovqat.

Səbzeyi Xızrvəş cəvani yaft, Çeşmeyi abira rəsid həyat.2

Nəzər et ölü yer dirildiyinə, Rəhmət asar göstərir ayat.

Darətin-nayibatu bil əqdah, Ğünnətit tayiratu bil əsvat.

Cilvəgər şod həme ərayisi bağ Çün bərəfruxt rüx benini nəbat.3

Tərcüməsi 1 Ey həyatı sevənlər, Onu bilin ki, keçən geri qayıtmaz.

Səfa vaxtıdır fürsəti fovt etməyin. Dünyanın çoxlu bəlaları vardır 2 Aşiq və məşuq kimi yaşa, Nəfs yeniləşdi, fəsil isə gözəlləşdi.

Yaşıllıq Xızr kimi cavanlaşdı, Bulaqlar dirilik suyuna döndü.

3 Saqilər qədəhləri dolandırdılar, Quşlar səs-səsə verib oxudular. Bitki oğulları üzlərini göstərəndə Bağın bütün gəlinləri cilvəyə başladılar.

______________________Milli Kitabxana_______________________

Meyü mə’şuq, səbzə, abi-rəvan Bəndi-qəmdən bu dördü verdi nəcat.

İnnəmərrahü rahətül-ərvah Əntə əşrib rəvayihəl kasat.

Xassə dər e’tidali novruzi K’ab kövsər şodi, cahan cənnat.1

Bərəkət istəmə ol adəmdən Ki, bu mövsümdə etməyə hərəkat.

Lakinnəd dəhrü qəd yünadina, Əksəriz-zikrə və xadimil-ləzzat.

Hasili nist ömri fanira Coz mülaqati xaki paki sifat.2

Qəlbilə gər diri olasan hey Həqq özün eyləyə sənə isbat.

Əlləzi fahimayətin qəd aşə Mən yəfutu visaluhu qədfat

An ki, tiğəş bemülk dad qərar, V’anki hökməş zəkat bordo səbat.3

Tərcüməsi 1 Şərab ruhların rahətliyidir, Sən ən ətirli badələrdən iç. Xüsusən novruzun xoş günlərində ki Sular kövsərə, dünya isə cənnətə dönübdür. 2 Lakin zaman bizi çağırır, Zikri çox elə, ləzzətlərdən istifadə et. Fani ömrün pak zatının sifatına Yetişməkdən başqa hasili yoxdur. 3 Himayə olan demək yaşayır, Vüsaldan məhrum olan məhv olmuşdur. Onun qılıncı sayəsində ölkə qərar tutub Onun hökmilə zəkat alınır.

______________________Milli Kitabxana_______________________

Qüdrətin rif’ətin mehrü fələk Sədrisinə dedi və verdi bərat.

Nəzəri küllü fe’lihi həsənün Fəyəkününəhü əbül-həsənat.

Ey be Xızrü Isgəndəri məşhur Nuri gəştə be ədli to zülmat.1

Rümü Şam mülki başına sədəqə, Çinü maçin eli təninə zəkat.

Ünzilət fil kəlami vəl Incil Kütübət fiz Zəburu vət Tovrat.

Ayəti ədlü bəzlü elm əməl, Çar sifatha ki, dər to şod yek zat.2

Gözümün Şətti həsrətində müdam Niligun eyləmiş donunu Fərat.

Bəxt şəm’ini gör üzündə anın, Ki, misaldır ricacəvü müşkat.

Rüx tutarsan piyadəyi həm şah, Filü fərzin nola çü sürsən at.

Nüsrətin Rum elində tiksə ələm, Küfrü məhv eyləyə Həbəşdə qəzat. Suda yoxdur lətafətin canı Odda varmı məhabətin, heyhat…

Tərcüməsi Mənim nəzərimdə onun bütün işləri gözəldir, Onlar gözəlliklərin əsasıdır. Ey Xızr və Isgəndərliklə məşhur olan, Sənin ədalətin zülmatı işıqlandırmışdır. 2 Quran və Incildə nazil olmuşdur, Zəbur, Tövratda yazılmışdır. Ədl, səxavət, elm və əməl ayələri Tək səndə cəmlənmiş dörd sifətdir.

______________________Milli Kitabxana_______________________

Aləmül-qeyb xatirin misli, Nəqşi-divar, surəti-mir’at.

Tur oldur, şəha ki, Musavar Qəlb Turunda eylədin miqat.

Baş urub səcdə qılır əyağına, Sən əyaq içəcək bəninü nəbat.

Yenə əhli firiştələr göydən Çağırır nuş bad abi-həyat.

Cam ilə olduğundan ləb-bər-ləb, Ləbi şərbət olur, piyalə nəbat.

Bulmadı bu qəsidənin mislin Həddi-Sivas, xütteyi-Toqat.

Şükr əmlak içində kim, vardır, Mədhinizdə bunun kimi əbyat.

Çün Nəsimi sənindürür, rəhm et Kim, olubdur o, müstəhəqqi-zəkat.

Necə edə təsəlli edibəni Səllətil qəlbi, üzlətil xələvat.1

Cığanın nəğmən ilə hər biri dil, Mən çalaram deyə verə nəğəmat.

Vəqtidir kim, dua yerinə yetə, Müstəcab edə qaziyül-hacat.

Rövzəsinə rəsuli-yəzdanın İrdiyincə təhiyyətü səlavat.

Həzrətində budur yəqin diləyim, Dövlətindən iraq ola nəkəbat.

Vəznin əksilməsin bu dünyadan, Failatün, məfailün, failat.

1Qəlb xəlvətdə guşənişin olub, vüsala nail olaydı.

______________________Milli Kitabxana_______________________

______________________Milli Kitabxana_______________________

______________________Milli Kitabxana_______________________

Lüğət: Rüx – Üz; Nəbat – Bitki göndərilmiş; Ərvah – Ruhlar; Zikr – Xatırlama, söyləmə V; Fiz – zülmətil-məmat – Ölüm; Mir – Ağa; Firiştə – Mələk; Bad – Külək; Ləb – Dodaq; Dil – Ürək; Yəzdan – Allah

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.