Əsas məzmuna keç

Heca şeiri

Əyyub Səbri

Zəlimxan Yaqub

1

Mənim də qəlbimə Əyyub səbri ver, Əyyub bədəninə qurd verən Allah. Mənim də yuvama sağ gözünlə bax, Qurda da, quşa da yurd verən Allah.

Eşqin bağçasından dərim barımı, Öpüm dərgahımı, tapım yarımı. İki yox, dörd elə qanadlarımı, Müqəddəs kitabı dörd verən Allah.

Qarşında dayanan quldu, bəndədi, Hələ can çıxmayıb, ruh bədəndədi. Bu gün Zəlimxanın gözü səndədi, Göndər dərmanını, dərd verən Allah!

2011, 12 may Almaniya, Hannover

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.