Eylər
Xəsis adam mehman alsa, Var zadını pünhan eylər. Bir yurdun bazarı qızsa, Hər bir adam dükan eylər.
Fələkdən çəkdim amanı, Könlümdən getdi dumanı, Daim hicran bu vətəni Özü üçün məkan eylər.
Qaçmaz fanidən utanıb, Gələrmiş qanadın yayıb, Mərd igidin ərkin alıb, Görün, fələk nadan eylər.
Cahanda öyüd verərəm, Öyüd tutuşun görərəm, Bihudə ağlar, yürürəm, Fələk daim güman eylər.
Qəflətdən çıxmadı başım, Daim fələkdir yoldaşım, Oturmuşdır yaxın qonşum, Bu sözümdən giryan eylər.
Çıxmışam zünnar bağlayıb, Canü ciyərim dağlayıb, Məxdumqulu, qan ağlayıb, Bir həsrətli dastan eylər.