Eylər
"Can" deməklə, candan can əysik olmaz, Məhəbbət artırar, mehriban eylər. "Çor" deyənin nəfi nədi dünyada, Abad könlü yıxar, pərişan eylər.
Nakəs adam danışıqda saz olar, Kərəmdən kəm, səxavətdən az olar. Nütfədən qarışan şeyitbaz olar, Mərd də sığışdırmaz, nahaq qan eylər.
Bir gün Mansır qalxar, gəli toxmaq - yay, Dağlara atmağa eylər haqq-say, Seçilməz məhşərdə nə şah, nə gəday, Xaliqi-ləmyəzəl haqq divan eylər.
Məzəmmət eyləmə mən binəvanı, Sahibi-səltənət, ey gövhər kanı, Mənim sözüm doğru yoldan çıxanı, İnşallah, qaytarar, müsəlman eylər.
Mən istərəm alim, mömin yüz ola, Meyli haqqa doğru, yolu düz ola, Diliylə zəbanı üzbəüz ola, Ələsgər yolunda can qurban eylər.