Əsas məzmuna keç

Qoşma

Əylənməz

Məxdumqulu Fəraqi

1

Aşiqlər, seyr eyləyin, aləm-cahan əylənməz, Bülbüllər, nəğmə bağlar, bağda reyhan əylənməz. Qafil qalma, adəmzad, beş gün dövran əylənməz, Yer, güvənmə dənizə, dərya-pürxan əylənməz. Ötün, tuti, qumrular, sizdə zəban əylənməz, Məclis qurun, igidlər, bədəv-məstan əylənməz. Ey qocaman böyük dağ, sizdə duman əylənməz, Hökm yürüdən şahlar, əldə fərman əylənməz. Ötər bircə-bircədən, yaxşı-yaman əylənməz, İnanmazlar kitaba, əldə Quran əylənməz. Deyər Fəraqi zar-zar, bizdə iman əylənməz.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.