Əylənməz
Ey yaranlar, müsəlmanlar, Amanatdır, can əylənməz. Sağlığa yoxdur ixtiyar, Tut misal, mehman əylənməz.
Kimi səhər durar erdən, Kimi baş götürməz yerdən, Şeyda dilli gözəllərdən Dil gedər zəban əylənməz.
Bülənd dağdan heybət gedər, Yerlərdən bərəkət gedər, Rum şəhrindən qüvvət gedər, Ustada dükan əylənməz.
Əzrayıl yol açar bir gün, Can şərbətdən içər bir gün, Ərdən dövran keçər bir gün, At ölər, meydan əylənməz.
Şəriətdən iraq olma, Haqq işinə uzaq olma, Adəm oğlu, qafil olma, Köç gedər, karvan əylənməz.
Binamaz, uğrarsan qəmə, Onda dadın yetər kimə, Burda zor versən çilimə, Cəsəddə iman əylənməz.
Məxdumqulu, budur iqrar, Haqq yolunda duran düz ər, Kimin izində oğul var, Kimidə nişan əylənməz.