Əsas məzmuna keç

Qoşma

Eyləmişəm

Aşıq Ələsgər

1

Ala gözlüm, səndən ayrı düşəli, Hicranın qəmiylə kef eyləmişəm; Ah-vayınan günüm keçib dünyada, Dərd alıb, qəm satıb, nəf eyləmişəm.

Səndən ayrı şad olmuram, gülmürəm, Canımdan bezmişəm, ölə bilmirəm, Nə müddətdi qulluğuna gəlmirəm, Bağışla təqsirim, səf eyləmişəm!

Həsrət qoyma gözü gözə, amandı! Yandı bağrım, döndü közə, amandı! Keçən sözü çəkmə üzə, amandı! Hədyan danışmışam, laf eyləmişəm.

İnsafdımı, gülə həmdəm xar ola!? Tülək tərlan ovlağında sar ola?! Ələsgər istər ki, bir bazar ola, Seçmişəm gövhəri, saf eyləmişəm.

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.