Əsas məzmuna keç

Qoşma

Eylədi

Məxdumqulu Fəraqi

1

Qərib könlümün binasın, Gör, fələk viran eylədi. Aldırıb əldən namusun, Qəlbimdə ərman eylədi.

Haqdan bizə dövlət gəlməz, Ağlar gözüm deyib-gülməz, Miskinlər yurd qədri bilməz, Ürəkdə hicran eylədi.

Mərd igid olsun qardaşın, Olmasa, heç qalmaz başın, Ayıb tapıb qəlb sirdaşın Ellərə əyan eylədi.

Adı gərəkdir mərdlərin, Niyə adı yox qurdların, Bağça-saraylı yurdların Yerini meydan eylədi.

Məxdumqulu, ağlın çaşdı, Adın neçə ellər aşdı, Maral keçdi, ceyran qaçdı, Pələnglər seyran eylədi.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.