Əsas məzmuna keç

Gəraylı

Eylədi

Zəlimxan Yaqub

2

Sevda adlı yola çıxdım, Məni qana tuş eylədi. Qanadına güllə dəymiş, Bir yaralı quş eylədi.

Ağrı gəldi, yaman gəldi, Gözlərimə duman gəldi. Bir qarışıq zaman gəldi, Gör nə zalım iş eylədi.

Öldürdü, elə bilmədim, Bu sirri bilə bilmədim. Mən dərdə gülə bilmədim, Dərd məni bihuş eylədi.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.