Əya nəvvab, valayi-süxəndən,*
Əya Nəvvab, valayi-süxəndən,* Yetişdi naməniz, dilşad oldum, Qəmü ənduh firavan idi, amma Bihəmdullah kenun azad oldum. Sərasər şeriniz əz ruyi-hikmət,
Qamu məzmunları mehrü məhəbbət Möhübbə rəhmətü ədvanə zillət, Bu şirin ləhcəyə mötad oldum. Sizə lütfi-xuda olsun müraqib, Əta qılsın dəxi əla məratib.
Yetə bədxahə gər əşhabi-saqib, Xərab olsam da gər, abad oldum. Qəmi-əyyamidən çox natəvanəm, Əliləm, naxoşam, əfsordə canəm, Bu tətildən özüm də bədgumanəm,
Məgər kuhi-qəmə Fərhad oldum. Unutma sən duadan Natəvanı, Əlilü naxoşu əfsordə canı. Cənabından səva yoxdur gümanı, Əgər yaddan çıxam, bərbad oldum.1
Lüğət: Ənduh – qəm; Mötad – adət etmiş; Məratib – mərtəbə Mərdümi-çeşm — göz bəbəyi; Saqib – iti, parlaq, deşən; Natəvan – qüvvəsiz, halsız, köməksiz