Ey sənə iqbali-ruzəfzun ətayi-girdigar
Ey sənə iqbali-ruzəfzun ətayi-kirdigar, Müttəsil tə’ziminə mə’mur dövri-ruzigar.
Afitabi-asimani-ədlsən, olmaz əcəb, Qılsa iqbalın təqazayi-ülüvvi-iqtidar.
Qürbi-dərgahi-xilafət şövqi cazibdir sana, Eylər isən nola təğyiri-məkan biixtiyar.
Ədl bir məqbul taətdir ki, qalmaz əcrsiz, Adilin əlbəttə qədrin artırır Rərvərdigar.
Gərçi təhrikin sənin hikmət təqazasiylədir, Qanda əzm etsən olur səndən münəvvər ol diyar.
Pərtövi-iqbal ilə şəm’i-cahanəfruzsən, Zövqi-didarindədir xasiyyəti-feyzi-bəhar.
Qanğı xari-xüşkə lütfün yetsə, eylər barvər, Qanğı səhrayə güzar etsən qılırsan laləzar.
Əbri-nisansan, degil bihudə təhrikin sənin, Bər gül eylər kəsb səndən, bəhr dürri-şahivar.
Qanda olsan, olduğun kişvərdə olmaz inqilab, Qanğı qəm əhlinə kim, yetsən, olursan qəmküsar.
Leyk səndən ayrılan xəlqin işi düşvardır, Bir şəbistanın çirağın alsalar olmazmı tar?
Tirə olmazmı cəhan pünhan olcaq afitab, Gedicək gül dövri bağın gülbüni olmazmı xar?
Xəstə kəsməzmi həyatından təmə’, getsə təbib, Getsə can, olmazmı cismi-dərdpərvər xakisar?
Ey fələk, billah, nədir mövcib ki, bu mülk əhlinə Cövri-bihəd etdinü bidadi qıldın bişümar!
Nişə qıldın afiyət mülkini viran zülm ilə, Nişə saldın zövq mir’atına möhnətdən qübar?
Sən bilirsən kim, bu mülk əhlinə olmuşdur şəfiq Həzrəti-paşayi-sahibrif’ətü gərdunvüqar.
Ol salıbdır bunda asari-kərəm avazəsin, Ol qılıbdır bunda cəm’iyyət əsasın üstüvar.
Nişə aldın başımızdan sayeyi-iqbalini, Nişə etdin əhli-idrakə bu zülmü aşikar?
Etmədinmi vəhm ondan kim, qılam bir ah ilə Həft taqü nöh rəvaqin rəxtü bəxtin tarümar?
Üzr ilə gərdun dönüb verdi cəvabım, k’ey fəqir, Bitəkəllüf olmuşam mən həm bu işdən şərmsar,
Leyk mə’lum eylə kim, bu macəra məndən degil, Sən qılırdın iltimasın bu işin leylü nəhar.
Eyləyib əczü niyazilə duayi-biriya, Ol sərəfrazə sən istərdün ülüvvi-e’tibar.
Lacərəm olmaz təzaüf məsnədi təğyirsiz, Yetməyincə mənzilə bulmaz tələb əhli qərar.
Necə qılsın arizuyi-ixtilatın əhli-qürb, Necə çəksin əhli-rif’ət məqdəminə intizar.
Nola gər xurşidvəş dur olsa ol sahibnəzər, Gər iraqdır, gər yaqın, ehsanına ümmid var.
Qanda olsa görməsin tabi-həvadisdən zərər, Zati-pakin saxlasın hər fitnədən Pərvərdigar.
Ey ki, hicranın dili-əfkarə salmış iztirab, Firqətin tə’siri etmiş canı məhzun, cismi zar,
Istərəm daim görəm didarin, əmma neyləyim, Ixtiyarım yox, mənim rə’yimcə çərx etməz mədar.
Var ümidim, qanda olsa dövlətü iqbal ilə, Ola bəxtin kamiyabü kamiranü kamikar.
Ola vasil qanda olsan dövlətü iqbalına Hər dua kim, sidqilə eylər Füzuli xakisar.
* * *
Lüğət: Kirdigar – Allah; Mur – qarışqa; Afitabi – sübhi-məşhər – qiyamət səhərinin günəşi; Qürb – yaxınlıq; Qədr – dəyər, qiymət, məziyyət; Qanda – harada; Pərtövi – xurşiddən bədr olacaqdır bu hilal – bu yeni Ay Günəş işığından bədrlənəcəkdir; Qanğı – hansı; Laləzar – laləlik, çəmən; Əbri – neysan – neysan buludu; Bəhr – dəniz; əruz vəznində şeir ölçüsü; Kişvər – ölkə, məmləkət; Qəmküsar – təsəlli verən, həmdərd; Düşvar – çətin; Şəbistan – yataq otağı; Tar – qaranlıq; Tirə – qaranlıq; Pünhan – gizli; Gülbün – gül budağı; Xar – çox möhkəm daş, mərmər daşı; Can – ruh, bədən; Xakisar – toz-torpaq içində qalmış; pərişanhal; Afiyət – sağlamlıq; Qübar – toz, kədər; Əhli – raz – sirr əhli, sirdaş; Rəxt – paltar; Gərdun – dönən; fələk; dünya; Leyl – gecə; Məsnəd – məqam, müqəyyəd, dərəcə; Dur – uzaq; Həvadis – hadisələr; Dili – tirə – qaranlıq könül, tutqun könül; Zar – sızıldayan, ağlar, zəif; Didar – üz, camal, görüş