Əsas məzmuna keç

Qoşma

Ey pəri

Məxdumqulu Fəraqi

1

Məskəni Məkkə, Mədinə, səkkiz cənnət laləsi, Hər sözün izində yüz min qumru, bülbül naləsi. Şamcıraqdır aləmə ol gül üzünün şöləsi, Qəddi-qaməti bülənd, ey nuri-haqqın balası, Seyr edən doqquz fələk asmanı sənsən, ey pəri.

Məkkədən gəşt eylədin şəhri vilayət-kanə sən, Rəfrəfil-Kufə, Tarı, Bəsrə, Hələb, Şirvana sən, Həm Misir, həm Qeysərü Şirazla İsfahana sən, Xeybərü Herat ilə, Ləkləhəri, Səkvana sən, Rəhbəri, bu aləmin sultanı sənsən, ey pəri.

Möciz ilə Salihin daşdan çıxıbdır mayəsi, Nuh tufanında yalnız qaldı Nuhun dayəsi, Ya Məhəmməd Əhmədim, ya dini-islam payəsi, Gəldilər iqrar edib ol şiri-Düldül yiyəsi, Bəxş edən Düldül ilə kamkamı sənsən, ey pəri.

Şəhri-Fərxar, gürsi-Tiflis, Rum, Bağdad, Süfliyan, Yəzd, Kirman, Şamü Mosul başda olardı Bağıyan, Arxası Krım, Xıtay, qıpçaq, Firəngi, Cəmiyan, Şərq, Qərb, Hindü Sind, Dəkəndir dövri-cahan, Dörd təriqin cəm olan ümmanı sənsən, ey pəri.

Peyrəvində kafi-Şaqşaq, dövsarayi-Luvluvi, Ol aşağı Gavqaladır, arxası od məhfəli, Yuxarısı Şəhrizənan, Qatnaq, Saraydır ol beli, Söyləyər Məxdumqulu, sənsən cahanın can gülü, Dinə salan Pars ilə İranı sənsən, ey pəri.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.