Əsas məzmuna keç

Heca şeiri

Ey mənim yaradanım!

Zəlimxan Yaqub

1

Ey mənim yaradanım, eşit mənim səsimi, Sevinc, kədər bağışla, ağrı-acı ver mənə. Ulu söz qəlbin nuru, ilham başımın tacı, Qızıl yox, ilham adlı qızıl tacı ver mənə.

Şeirim ürəkdən gəlib, ürəklərə axmasa, Duymasa, duyulmasa, yandırmasa, yaxmasa, Al qələmi əlimdən, toyumu döndər yasa, Üstümdə ağlamağa ana-bacı ver mənə.

İlahidən gələn söz göz nurum, göz dərmanım, Söz beşiyim, məzarım, söz dərdim, söz dərmanım. Söz sözümə baxmasa, ölüm olsun fərmanım, Son hökmü, son qərarı, son əlacı ver mənə.

2002, 23 mart

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.