Ey ki, yoxdan bu cəhanı var edən pərvərdigar
Ey ki, yoxdan bu cəhanı var edən pərvərdigar, Yeri qaim, gögləri dəvvar edən pərvərdigar.
“Küntü kənz”in ayəti vəsfində olmuşdur nüzul, Varlığına kün fəkan iqrar edən pərvərdigar.
Cümleyi-aləmdə sən gündən dəxi zahir, vəli Dildə daim adını səttar edən pərvərdigar.
Mö’minə məskən qılıbdır baği-cənnatü nəim, Kafəri-münkir məqamin nar edən pərvərdigar.
Cümlə əşyalər gözin dər xab edəndir gecələr, Gögdə kövkəblər gözin bidar edən pərvərdigar.
Bir qulunu odə yaxub qıldı fi-nari-səqər, Bir qulunu məhrəmi-əsrar edən pərvərdigar.
Misr içində Yusifi bir qul ikən sultan edən, Dərd ilə Yə’qubini bimar edən pərvərdigar.
Yunisi dərya içində yudduran bir balığa, Atəşi İbrahimə gülzar edən pərvərdigar.
Yağduran dəryayə gögdən əbri-neysan yağmurun, Qətrəsindən lö’löyi-şəhvar edən pərvərdigar.
Ənbiyalər bəxşinə yazduran ə’lan mərtəbə, Mustafanı cümlədən muxtar edən pərvərdigar.
On iki mə’sumi-paki piş edən ümmətlərə, Murtəzani heydəri-Kərrar edən pərvərdigar.
Lütf ilə əhvalinə qılgil Xətayinin nəzər, Eşq içində valehi-didar edən pərvərdigar.
Lüğət: Pərvərdigar – yaradan; Qaim – möhkəm, bərk; Dəvvar – dövr edən; Nüzul – düşmə, enmə; Kün – fəkan – dünya, aləm; Vəli – ancaq, lakin; Səttar – eyibləri örtən; Münkir – inkar edən, danan; Nar – od; Xab – yuxu; Kövkəb – ulduz; Bidar – oyaq; Nari – səqər – cəhənnəm odu; Səqər – cəhənnəm; Əsrar – sirlər; Bimar – xəstə; Əbri – neysan – yağmurlu bulud; Şəhvar – şaha layiq; Ənbiya – nəbilər, peyğəmbərlər; Piş – qabaq; Didar – görüş, üz